AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: Gəncənin növbəti dəfə terrora məruz qalması göstərir ki, Ermənistan rəhbərliyi sülh istəmir

  • + A
  • - A
  • 17-10-2020, 10:47

    Məşhur Məmmədov: Gəncənin növbəti dəfə terrora məruz qalması göstərir ki, Ermənistan rəhbərliyi sülh istəmir

    Bu gecə yenə düşmən ölkə öz xislətini göstərdi. İşğalçı Ermənistanın Gəncəni növbəti raket hücumuna məruz qoydu. Bu, bir daha Ermənistanın terror siyasəti həyata keçirdiyini, hakimiyyətin faşist təfəkkürə malik olduğunu göstərir.

    Bunu Azadmedia.az saytına Milli Məclsin deputatı Məşhur Məmmədov deyib.

    Atəşkəsə nail olmaq, danışıqların bərpa olunmasını istəyən dövlət bu cür təxribatlar törətməməlidir. Ermənistan dövləti terrorçu siyasətinə son qoymalıdır, deyən deputat bildirib ki, işğalçı Ermənistan bu çirkin əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir:

    “İlkin məlumata əsasən, Gəncədə raket atəşi nəticəsində 40 nəfərdən çox insan yaralanıb və 13 nəfər insanın öldürülüb. Bu, Ermənistan tərəfindən törədilən ən ağır müharibə cinayətlərindən biridir.

    Ermənistan bu dəfə də öz mənfur ənənəsinə “sadiq” qalır, əldə olunmuş razılaşmanı kobud şəkildə pozur. Bu, bir daha göstərir ki, Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil”.

    M. Məmmədov vurğulayıb ki, Gəncəyə hücum əmrini Ermənistanın terrorçu baş naziri Nikol Paşinyanın verdiyi şübhə doğurmur: “Bu məsələ araşdırılmalı, Paşinyana qarşı cinayət işi qaldırılmalı və o beynəlxalq axtarışa verilməlidir”.
    Sonda bu cür təxribatların Azərbaycanı haqq işindən çəkindirə, xalqımızın əzmini qıra, birlik və həmrəyliyini poza bilməyəcəyini qeyd edən deputat Allahdan həyatını itirənlərə rəhmət, yaralılara can sağlığı arzuladı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR