AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süleyman Camalov - 80

  • + A
  • - A
  • 26-10-2020, 11:45

    Süleyman Camalov - 80

    Xalqımız sevincli günlər yaşadığı bu gündə bizim ailədə 2 qat bayramdı. Çünki 1940-cı il 26 oktyabrda dünyaya gələn böyük qardaşım Süleymanın ad günüdür. Qax rayonunun İlisu kəndində anadan olan Süleyman 1947 – 1957 –ci illərdə həmin kənddə orta məktəbdə oxumuş, 1957 – ci ildə Azərbaycan Dövlət Tibb institutunun müalicə - profilaktika fakultəsinə daxil olmuş, 1963 – cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1970 – ci ildə dissertasiya müdafiə edərək Tibb elmləri namizədi ( indiki adla Tibb elmi üzrə fəlsəfə doktoru ) adını almışdır. 1970 – ci ildən 2011 –ci ilə qədər həmin kafedrada əvvəl assistent sonra dosent vəzifəsində çalışmış, elmi – tədqiqat, müalıcə və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisasını artırmaq üçün təkmilləşmə kurslarına gələn Respublikamızın həkimlərinə Terapiyanın Kardiologiya, Pulmonologiya, Allerqologiya və Qastroenterologiya bölmələri üzrə mühazirələr oxumuş, seminarlar keçirmiş və praktiki məşğələlər aparmışdır. Həmin illərdə dəfələrlə Moskva şəhərinə ezam olunmuş, Elmi – tədqiqat Kardiologiya və Pulmonologiya institutlarında, həm də Leninqrad şəhərində Hərbi Tibb Akademiyasında olmuş, yeni diaqnostika və müalicə üsullarını öyrənmiş və onları Respublikamızda tətbiq etmişdir. O, Terapiyanın müxtəlif sahələrinə dair 111 elmi məqalənin, 1 monoqrafiyanın, həkimlər üçün yazılmış 3 metodiki tövsiyyənin müəllifidir. Elmi, Pedaqoji və Həkimlik fəaliyyətində fərqləndiyinə görə qardaşım S. Camalov “ SSRİ – nin Səhiyyə Əlaçısı”, Respublikanın “Əməkdar həkimi” fəxri adlarına layiq görülmüş, “ XXI –ci əsrin Tanınmış həkimi” adlı Beynəlxalq diplomla və “Qızıl Fonendoskop” diplomu ilə mükafatlandırılmışdır. S. Camalov 2011 – ci ildən indiyə qədər “ŞƏFA – GENETİKA” adlı Müalicə -Diaqnostika Mərkəzində həkimlik fəaliyyətini davam etdirir. O, bədii yaradıcılığa Zakatala rayonunda həkimlik etdiyi zaman başlamışdır. İlk zamanlar müxtəlif qəzetlərdə “ həkim məsləhətləri” dərc etdirmişdir. 2011 – ci ildən başlayaraq publisist məqalələr yazmağa başlamış, onları “ELİMİZ – GÜNÜMÜZ”, “ YENİ TƏRƏQQİ NAMİNƏ” və “AZAD QƏLƏM” qəzetlərində nəşr elətdirmişdir.
    S. Camalov “ XATIRLA MƏNİ” və “ DOĞRU YOLA ÇAĞIRIŞ “ adlı 232 və 208 səhifəlik kitabların müəllifidir.
    Əziz qardaşımı yeni yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı, əzizlərinin əhatəsində xoş günlər arzulayıram.
    Hörmətlə, ailəmiz adından qardaşın Soltan Camalov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR