AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib

  • + A
  • - A
  • 27-10-2020, 18:30



    Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.

    Bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub və terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

    İştirakçılar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edərək, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaq Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR