AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ”ın “tamam, yoxsa davam” matçı - AFİŞA

  • + A
  • - A
  • 5-11-2020, 09:05



    “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun komandası qrupdakı üçüncü matçında “Sivasspor”la üz-üzə gələcək.

    İlk iki oyunlarında məğlub olmuş hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaqlar.

    Mövcud müharibə şəraiti ilə əlaqədar olaraq ev oyunlarını neytral meydanda – İstanbulda keçirən “Qarabağ” əvvəlcə Təl-Əvivdə “Makkabi”yə 0:1, ardınca isə “ev”də “Vilyarreal”a 1:3 hesabı ilə uduzub. Növbəti xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.

    Maraqlıdır ki, bu oyun “Qarabağ”ın rəsmi qarşılaşmalarda qardaş ölkə təmsilçiləri ilə ilk qarşılaşmasıdır.

    Qeyd edək ki, “Sivasspor” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

    Avropa Liqası
    İ qrupu, III tur
    5 noyabr

    21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan)
    Baş hakim: Sandro Şarer (İsveçrə)
    Sivas. “Yeni 4 Eylül” stadionu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR