AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“8 noyabr tarixi bizim üçün millli qürur günüdür”

  • + A
  • - A
  • 9-11-2020, 10:15

    Məşhur Məmmədov: “Şuşanı azad etməklə, xalqımız özünü bir millət kimi yenidən təsdiq etdi”


    Qarabağın tacı sayılan qədim Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edilməsi ölkəmizdə əsl bayram təntənəsi ilə qeyd edilməkdədir.

    Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, 8 noyabr tarixini ümummilli qürur günü kimi xarakterizə etdi:

    “Hər bir şəhərimiz, hər bir kəndimiz bizim üçün əzizdir. Bu qələbələrə hər birimiz ürəkdən sevinirik. Şuşanın işğaldan azad edilməsi isə bizi ikiqat sevindirir. 8 noyabr bizim üçün ümummillli qürur günüdür. 8 noyabr tarixində Şuşanın azad edilməsi ilə əzilən qürurumuzu yenidən xilas və toxunulmaz etdik. Şuşanın azad edilməsi ilə əyilən belimizi dikəldə bildik.

    Şuşanın azadlığı bu illər ərzində Ali Baş Komandanın çəkdiyi zəhmətin, sərgilədiyi fədakarlıqların bəhrəsidir. 8 noyabr tarixi sadəcə ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının başını dik tutduğu bir gündür. 8 noyabr millətimizin özünütəsdiqi günüdür.

    Ordumuzun bu zəfəri göstərdi ki, Azərbaycan bir dövlət, bir millət kimi özünü, öz torpaqlarını qorumağa, onun torpaqlarına göz dikənləri məhv və məğlub etməyə qadirdir.

    Şuşanın azad edilməsi münasibəti ilə cənab prezident xalqımızı təbrik etdi. Biz də bu təbriklərə qoşuluruq. Şuşanın azadlığı münasibəti ilə bütün türk dünyasını, bütün dostlarımızı təbrik edirik. Çünki 8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir. Arzu edirik ki, bayrağımız hər zaman ucalarda dalğalansın”.

    Seymur ƏLİYEV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR