AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

POLİTOLOQ ÜLKƏR PİRİYEVA – “ ZƏFƏRİN MÜBARƏK, CAN AZƏRBAYCAN! ”

  • + A
  • - A
  • 10-11-2020, 09:36

    POLİTOLOQ ÜLKƏR PİRİYEVA – “ ZƏFƏRİN MÜBARƏK, CAN AZƏRBAYCAN! ”

    AzadMedia.az-a açıqlama verən Politoloq Ülkər Piriyeva “ ZƏFƏRİN MÜBARƏK, CAN AZƏRBAYCAN! ” deyərək, Azərbaycan xalqını 10 noyabr tarixi qələbə günü münasibətilə təbrik edib.

    Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu işğalçı Ermənistanın ardıcıl təxribatlarının və eyni zamanda, yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurmaq məqsədilə, sentyabrın 27-dən etibarən o tarixi zəfər yürüşünə başladı. Tam 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində, müzəffər Azərbaycan Ordusu terrorçu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, bu uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.

    Azərbaycançılıq İdeologiyasının ətrafında bir yumruq kimi birləşdik və 44 gün ərzində, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Beləliklə, Xalq, Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil elədiyi, “Qarabağ” uğrunda gedən “Böyük Vətən Müharibəmizdə” Biz, QƏLƏBƏ QAZANDIQ!

    Bu gün, Şanlı Azərbaycan, özünün hərbi və siyasi gücünü nəyinki düşmənə, bütün dünyaya istər diplomatiya və istərsə də, hərb meydanında sübut edərək tarixi qələbə qazandı.
    Bəli, 10 noyabr tarixi Azərbaycan dövlət tarixinə qələbə günü kimi düşdü!

    Cənab Prezidentim başda olmaqla, rəşadətli Azərbaycan Ordumuzu, dünya azərbaycanlılarımızı, bütün bacı və qardaşlarımızı bu möhtəşəm zəfər və qələbə günü münasibətilə ürəkdən təbrik edib.

    Birmənalı olaraq, beynəlxalq hüquq Azərbaycan dövlətinin tərəfindədir.. O tarixi sənəd imzalandı, beləliklə, Dağlıq Qarabağ uğrunda gedən böyük vətən müharibəmiz Azərbaycanın tam qələbəsi ilə başa çatdı və Azərbaycan bu gün, tarixi qələbə qazandı.

    Bu tarixi zəfər günlərində bir çox ölkələrin və özəlliklə, qardaş Türkiyə prezidenti cənab Rəcəb Tayyip Erdoğan başda olmaqla, bütün Türkiyəli bacı və qardaşlarımızın yanımızda olması, onların mənəvi dəstəyi bizləri fərəhləndirdi, var olun..

    Gözün aydın Şəhidim.. Biz, qələbə qazandıq..

    Allah bütün şəhidlərimizə rəhmət eləsin..
    Yaralılarımıza acil şəfalar versin...

    Gözün aydın Azərbaycan, gözün aydın Azərbaycan xalqı, gözün aydın Türk dünyası..
    Azərbaycan ordusu güclü siyasi liderinin öndərliyində dünya tarix səhnəsində şanlı tarix yazdı və qələbə qazandı!
    Yaşa Ali Baş komandan!
    Yaşa Azərbaycan Ordusu!
    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR