AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüqar Sultanov: Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi

  • + A
  • - A
  • 10-11-2020, 12:09


    Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!

    Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktoru Vüqar Sultanov - Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
    İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.
    28 il erməni vandallarının işğalı altında olan Şuşanın 08.11.2020-ci ildə azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Şuşanın azadlığa qovuşması müzəffər azərbaycan ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, şəhidlərimizin qanı bahasına,cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,əzmkarlığı hesabına baş verdi.
    Şanlı tariximizi yazmaqla beynəlxalq aləmdə haqq səsimizə səs verməyənlərə, ədalətsizliyə göz yuman hegemon dövlətlərə xalqımızın,dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdik.
    Mədəniyyət beşiyi olan tarixi şəhərimiz Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək,burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.

    Qarabağımızın azad olunması bu gün hər bir azərbaycanlının ruhunu təzələdi,qırılmış ümüdlərinə məlhəm oldu.Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşamızı,işğaldan azad olunmuş digər şəhər,qəsəbə və kəndlərimizi abadlaşdıracaq,bu yerlərə yeni həyat gətirəcəyik.
    Vüqar Sultanov: Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR