AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin” - TƏKLİF

  • + A
  • - A
  • 20-11-2020, 14:03



    “Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”.

    Bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

    Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə təltif olunsun.

    Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib.

    O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR