AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı

  • + A
  • - A
  • 20-11-2020, 20:20


    “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.

    AzadMedia.az xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:

    “Zəfər” ordeni;

    “Qarabağ” ordeni.

    1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.

    "Cəsur döyüşçü" medalı;

    "Döyüşdə fərqlənməyə görə" medalı;

    "Suqovuşanın azad olunmasına görə" medalı;

    "Cəbrayılın azad olunmasına görə" medalı;

    "Xocavəndin azad olunmasına görə" medalı;

    "Füzulinin azad olunmasına görə" medalı;

    "Zəngilanın azad olunmasına görə" medalı;

    "Qubadlının azad olunmasına görə" medalı;

    "Şuşanın azad olunmasına görə" medalı;

    "Kəlbəcərin azad olunmasına görə" medalı;

    "Ağdamın azad olunmasına görə" medalı;

    "Laçının azad olunmasına görə" medalı;

    "Vətən müharibəsi iştirakçısı" medalı;

    "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;"

    Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR