AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rektor tələbələrinə virusla bağlı çağırış etdi

  • + A
  • - A
  • 23-11-2020, 22:00



    ADAU-nun rektoru İbrahim Cəfərov dərs ili başlayandan mütəmadi internet üzərindən tələbələrinə müraciət edir, onları ruhlandıırır, dərsə onlayn olsa da, davamiyyətə səsləyir. Vətən Müharibəsi dövründə universitetin yataqxanası qapılarını şəhərə açılan raket atəşi nəticəsində evi dağıntiya məruz qalan sakinlərin üzünə açan dövrdə də, rektor tələbələrinə tezliklə Qələbə çalacağımızı, yenidən auditoriyada dərslərə davam edəcəklərini söyləyirdi. Bu gün yenə İbrahim Cəfərov sosial şəbəkə üzərindən tələbələrinə müraciət edib, bu dəfə onları virusla mübarizədə məsuliyyətli olmağa səsləyib.
    Azadmedia.az ADAU-nun rekroru İbrahim Cəfərovun bugünkü müraciətini təqdim edir:
    “Əziz tələbələrim, online da olsa dərslərimiz davam edir, tələbələrimizin böyük bir hissəsi vicdanla tədrisə davam edir, bütün dərslərə qatılırlar, öyrənməyə çalışırlar. Aqrar universitetin bir çox ixtisasları praktik vərdişlər tələb edir, ona görə də laboratoriya dərslərinin kafedralar tərəfindən təşkili mühüm əhəmiyyət kəsb edir. Gəlin birlikdə bu çətinliklərdən çıxaq, eyni zamanda tez bir müddətdə universitetə qayıtmaq üçün koronavirusa qalib gəlməliyik, sanitar epidemoloji vəziyyəti yüngülləşdirmək üçün tələb olunan qaydalara əməl etməliyik.
    Hörmətlə, Sizin rektor”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR