AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bir güllə atmadan 3 rayonun işğaldan azad edilməsi böyük qələbədir" - Deputat

  • + A
  • - A
  • 1-12-2020, 16:40


    "Bu gün Azərbaycan xalqı üçün əhəmiyyətli gündür. Azərbaycan Ordusu Laçındadır, Azərbaycanın şanlı bayrağı Laçında dalğalanır. Bu qələbə, bu sevinc təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqınındır".

    Bu fikirləri AzadMedia.az-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. O bildirib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir və bu gün Azərbaycan tarixində mühüm bir məqam kimi qeyd olunacaq:

    "Ali Baş Komandan İlham Əliyevin siyasi, diplomatik, strateji potensialı nəticəsində, Şanlı Ordumuzun qüdrəti sayəsində bir güllə atmadan üç rayonun - Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olundu. Laçın rayonunun qaytarılmasının timsalında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatının, Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad etməsinin mühüm əhəmiyyətini anlamaq elə də çətin deyil. Bu, Azərbaycanın hansı qüdrətə sahib olduğunu dünyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyev bütün dövrdə prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, danışıqlar prosesinin müxtəlif mərhələlərində özünü göstərdi. Bu gün xalqa müraciətində razılaşma bəyanatının bütün detallarını bir daha vətəndaşlara izah edən Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, xalqı ilə birgə düşünür. birgə addımlayır. Möhtərəm Prezidentin son bir neçə aydakı fəaliyyəti dünyanı heyran qoydu. Onun milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, ardıcıl siyasət aparması və bütün bunların nəticəsi kimi qazanılmış tarixi qələbənin yaratdığı yeni reallıq xalq-lider vəhdətinin göstəricisidir".

    Millət vəkili onu da qeyd edib ki, Azərbaycan qalib ölkə kimi bundan sonra işğaldan azad olunan ərazilərimizdə quruculuq, abadlıq işlərinə başlayacaq. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensialı da var və qısa müddət ərzində lazım olan bütün addımlar atılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR