AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat

  • + A
  • - A
  • 1-12-2020, 23:12


    Öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz və dövlətimiz 1 dekabr 2020-ci il Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədləri və ərazi bütövlüyü təmin etdi.

    Bunu Trend-ə Müşfiq Cəfərov deyib.

    Deputat bildirib ki, 1992-ci il xalqımızın tarixinə ən ağır bir il kimi daxil olub:

    "Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmağa başlandı, demək olar ki, Şuşanın işğalı Laçının talehini həll etdi. Bununla da Laçının işğalına yol açıldı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan əzəmətli Laçını düşmənə təslim etdi. Beləliklə də Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yarandı. Həmin dövr Ermənistan siyasi - hərbi rəhbərliyi üçün Laçının mövqeyi olduqca vacib idi, rayonun işğalı olunması ilə Dağlıq Qarabağın talehi həll olunurdu.

    İşğal olunandan sonra sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan izlərimiz silindi. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkilərilə zəngin olan Laçınımız düşmən tapdağı altına düşdü. Çünki həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan oldu.

    Ermənistan işğalçı siyasətini davam etdirərək, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olurdu.
    Öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz və dövlətimiz 1 dekabr 2020-ci il Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədləri və ərazi bütövlüyü təmin etdi. Artıq Azərbaycan-Ermənistan dövlət sərhəddinin sonuncu santimetrinə kimi Azərbaycan əsgərləri post qurub, dayanıblar. Məhz müharibədə qazanılan qələbə ilə bu 3 rayonun döyüşsüz təhvil verilməsi təmin olundu".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR