AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mançester Siti”də koronavirusa yeddi yoluxma

  • + A
  • - A
  • 29-12-2020, 15:16


    İngiltərə Premyer Liqasında 15-ci turun “Mançester Siti” - “Everton” qarşılaşmasının təxirə salınmasına səbəb olan koronavirusa yoluxma faktının təfərrüatı açıqlanıb.

    Bu barədə “The Athletic” məlumat yayıb.

    Dekabrın 27-də keçirilən testlərə əsasən, “Mançester Siti”nin daha üç futbolçusu koronavirusa yoluxub. Bununla da ümumilikdə komandada yeddi yoluxma ortaya çıxıb. Belə ki, buna qədər Kayl Uolker və Qabriel Jesusla yanaşı komandanın iki əməkdaşında da koronavirus testləri müsbət nəticə vermişdi.

    “Mançester Siti”də yoluxma hallarının artması ilə əlaqədar “Çelsi” və “Mançester Yunayted”lə qarşılaşmaların keçirilməsi də sual altına düşüb. Yaxın günlər ərzindəki testlərdə yeni yoluxma halları aşkarlanacağı halda sözügedən oyunlar da təxirə salına bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR