AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzadMedia.az xəbər portalı TÜRK DÜNYASI QHT-ləri Platformasının 2-ci Beynəlxalq Videokonfransında iştirak edib

  • + A
  • - A
  • 9-01-2021, 08:00



    AzadMedia.az-ın verdiyi məlumata görə, 8 Yanvar, Türkiyə saatı ilə 20.00-da, TÜRK DÜNYASI QHT-lərinin Platformasının -TDSP-nın 2-ci Beynəlxalq Video konfransı keçirilib.
    Beynəlxalq Videokonfransa dünyanın bir çox ölkələrindən - Türkiyə, Azərbaycan, Qazaxıstan, Makedoniya, Əfqanistan, Kərkük, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, Almaniya və bir çox ölkələrdə Türk dünyası adına fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, media nümayəndələri, akademiklər və Türk Dünyası yurdları qatılıb.

    TÜRK DÜNYASI QHT-lərinin Platformasının -TDSP-nın 2-ci Beynəlxalq Video konfransında Azərbaycan Mediasını təmsilən TÜRK DÜNYASI STK’LAR PLATFORMU- nun üzvü olan AzadMedia.az xəbər portalı iştirak edib.

    Açılış nitqini TDSP-nin başqanı Serdar Şahin edərək gündəmdəki iki mövzunu və bundan əlavə müzakirə ediləcək başlıqları təqdim edib.

    Gündəmin ilk mövzusu TDSP-nin bir neçə maddədən ibarət bəyannaməsinin müzakirəsi və bundan irəli gələn razılıq və etirazların müzakirəsi ilə bərabər qəbulu olub.

    Beynəlxalq Videokonfransda, ikinci açılış nitqi ilə, Politoloq Ülkər Piriyeva Azərbaycan təmsilçisi və AzadMedia.az xəbər portalı adına çıxış edib. Gündəmdəki, mövzu "Azərbaycanda Rusiya sülhməramlılarının təsir gücü, Qarabağın indi və gələcəktəki önəmi" olub.

    Gündəmin bir başqa müzakirə başlıqları "Şərqi türkistan və uyğur türkləri" olub.

    TDSP-nin açılış nitqində Politoloq Ülkər Piriyevanın "Azərbaycanda Rusiya sülhməramlılarının təsir gücü, Qarabağın indi və gələcəktəki önəmi" barədə qeydlərini təqdim edirik.

    "Rusiya məsələsinə gəldikdə isə Rusiyanın öz sülhməramlılarını Dağlıq Qarabağa yerləşdirməsinin regionun gələcəyinə nə cür təsirləri ola bilər?
    44 günlük Vətən müharibəsi 10 noyabr gecəsi dayandırıldı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə müqavilə imzaladılar.
    Fikrimcə, Azərbaycan ordusunun yerdə qələbəyə yaxın olduğu olması buna gətirib çıxardı, çünki Ermənistan Qarabağdakı qüvvələrini tamamilə itirmənin bir neçə addımlığında idi. Onlar mühasirəyə alınıb, məhv edilmək təhlükəsi ilə üzləşirdilər. Eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı gücünün də açıq şəkildə zəifləməsini nəzərə alsaq, bu həm də Rusiyanın geri çəkilməsi idi.
    Məlumdur ki, Rusiya sülhməramlılarını oraya yerləşdirilməsi bir çoxlarını təəssüfləndirmişdi. Lakin, qeyd etməliyəm ki, Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutan ölkə oldu.
    Amma məncə, biz bunu son kimi deyil, sonun başlanğıcı kimi görməliyik. Rusiya sülhməramlılarının bölgədə olması, bu ərazilərimizdə barış əleyhinə ermənilər tərəfindən hər hansı addımın atılmamasının bir növ qarantıdır həm də. Çünki özlərinin atdığı imza dəyəri var- sülhməramlı!
    Eyni zamanda, Fransa Və ABŞ-ın bu məsələdən uzaq durmasına səbəb oldu.
    Elə, o gecə aydın oldu ki, buna səbəb Azərbaycanın Şuşanı geri alması oldu. Şuşa bizlər üçün kimlik baxımından tarixi və simvolik əhəmiyyəti olduqca mühümdür. Şuşa nəyinki Qarabağın bütün Qafqazın incisi və mədəniyyət beşiyi sayılır. Və məncə, bu müsbət irəliləyişə gətirib çıxaran da Şuşanın geri alınması oldu. Baxmayaraq ki, erməni vandalları orada həm etnik, həm mədəni terror ediblər, lakin bu Şuşanın keçmişdə də, bu günün özündə də Azərbaycanın və bütün Qafqazın mədəniyyət beşiyi və incisi olduğunu gerşəyini heç cür dəyişə bilməz. Çünki bütün dünya düşmən tərəfinin vandalizmini günlük şanlı tariximizin yazıldığı günlərdə görmüş oldu.
    Üçtərəfli bəyannamədə də qeyd edildiyi kimi, Rusiyanın sülhməramlı kontingenti atəşkəsin və hərbi əməliyyatların həyata keçirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ ərazisinə və Laçın dəhlizinə gətirilib. Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının bölmələrindən ibarət olan sülhməramlıların ümumi sayı 1960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarətdir. Sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün hərbi aviasiya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi də nəzərdə tutulur.

    Bir sözlə, Rusiyanın bölgədə olması bu günün labüd şərtidir. Rusiya tərəfi Azərbaycana xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etmişdir. Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
    Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.
    Azərbaycan xalqı Qarabağ Zəfər tariximizin yazıldığı o önəmli günlərdə, Xalq-Rəhbər-Ordu birliyi nümayiş etdirməklə yanaşı, Ümummilli Lider Heydər Əliyevin xalqımıza miras qoyduğu “Azərbaycançılıq İdeologiyası” ətrafında “Dəmir Yumruq” kimi birləşərək həm siyasət meydanın Cənab prezidentimizlə birgə, həm də savaş meydanında rəşadətli Ordumuzla birgə bütrün dünyaya, yüksək iradə, mərdlik, qəhrəmanlıq nümayiş etdirdilər. Təbii ki, qardaş Türkiyə və 83 milyonluq Türkiyə xalqı da bütün dünyaya bu ərəfədə bizlərlə birlik, bərabərlik və dayanışma sərgilədi.
    Qarabağ həm ərazi baxımından, həm də iqtisadi, mədəni və strateji baxımdan bizim üçün olduqca əhəmiyyətli bölgəmizdir. Bu gün, ölkə rəhbəri Cənab İlham Əliyev tərəfindən Qarabağ Dirçəliş Fondu, Yaşat fondunun yaradılması ilə də Qarabağımızın canlanması, yenidən həyata dönüşü və dirçəlməsi baxımından olduqca mükəmməl işlərin görülməsinə və görüləcəyinə işarət edir.
    Ümidvaram, yür üzündə türk dünyasında olan problemlərin həlli istiqamətində məhz, elə bundan sonra “Qarabağ Zəfər tarixi” bir qəhrəmanlıq modeli olaraq nümunə götürüləcək və bütün türk dünyasında olan problemlər tezliklə həlli yolunu tapacaqdır.
    Biz birlikdə güclüyük!
    Qarabağ Azərbaycandır!"



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR