AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat şəhid ailələri və qazilərlə növbəti dəfə görüşüb - FOTOLAR

  • + A
  • - A
  • 10-01-2021, 13:00



    Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədovun şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə növbəti görüşü 10 yanvar 2021-ci il tarixdə baş tutub.

    Deputat Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləmişdir. Millət vəkili ilk olaraq şəhid zabitimiz mərhum mayor Toğrul Bərxudarovun evində olaraq, mərhum şəhidimizin anası ilə söhbət aparmış, şəhidimizin vətən sevgisini onun anasının dilindən birdaha dinləyib. Şəhid anası övladının hər zaman Vətəni özünün anası adlandırdığını və müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalacağını hələ sağkən hiss etdiyini, sonda isə övladının Vətən uğrunda şəhid olduğunu bildirmişdir.

    İlham Məmmədov mərhum şəhidimizin vətən sevgisini dinləyərək şəhid anasına ölkəmizin ərazi bütövlüyü uğrunda canını düşünmədən fəda edən vətənpərvər övlad böyütdüyü üçün minnətdarlıq bildirərək, hər birimizin vəzifəsindən asılı olmayaraq məhz Toğrul kimi şəhidlərimizə borclu olduğunu bildirib.

    Daha sonra millət vəkili şəhid zabitimiz mərhum mayor Rəşad Budaqovun evində olaraq şəhidimizin anası ilə qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu bir daha xatırladıb. Şəhid anası övladının ömrünün çox hissəsini məhz vətənin müdafiəsinə həsr etdiyini, döyüşlər başlayarkən anasına son dəfə "ana mən sənin yanına üç rəngli vətən bayrağına sarılaraq ən ali mərtəbəyə yüksələrək gələcəm", dediyini bildirib və övladının ona həqiqətən də şəhid anası olmaq kimi ən ali mərtəbəni bəxş etdiyini bildirib.

    Şəhid mayor Rəşad Budaqov döyüş zamanı ağır yaralanmasına baxmayaraq, bir komandir kimi ona övladları qədər doğma olan əsgərlərini tək qoymamış və yenidən döyüşlərə qatılıb. Mərhum şəhidimiz son dəfə iki azyaşlı qız övladını bu vətənə əmanət edərək, dünyaya gözlərini əbədi olaraq yumub.

    İlham Məmmədov şəhidimizin keçdiyi döyüş yolunu dinlədikcə Rəşad kimi övladları böyüdən anaların qarşısında hər bir Azərbaycanlının borclu olduğunu qeyd edib.

    Millət vəkili son olaraq mərhum şəhidimiz MAHHXHQ şəhid Emin Kazımovun evində olaraq qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolunu şəhidimizin atasının dilindən bir daha dinləyib.

    Şəhid atası övladının müharibə başlasa da bunu ailəsinə bildirmədiyini qeyd edərək döyüşlərin ilk günündən ön xətdə yer aldığını, düşmənin saatlar içərisində vacib yüksəkliklərinin ələ keçirildiyini bildirərək oğlu Eminin qəhrəmancasına şəhid olduğunu və Yevlax şəhərinin ilk şəhidi olduğunu da qeyd edib. Övladı Eminin vətəninə, torpağına olan sevgisindən danışaraq bildirmişdir ki, döyüş yoldaşları şəhidimizin qəhrəmanlıqlarından bu gündə qürur hissi ilə danışırlar. Oğlunun ən ali zirvə olan şəhidlik zirvəsinə ucalması ilə fəxr edərək bildirib ki, mən oğlumu Vətən üçün böyütmüşdüm və o mənim başımı bu yoldada dik tutdu.

    İlham Məmmədov qəhrəman atamızın əllərini sıxaraq hər bir Azərbaycanlının onun övladı kimi qəhrəmanlara bir ömür borclu olduğunu və hərzaman şəhid atasının yanında olduqlarını diqqətə çatdıraraq, şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib.

    Millət vəkili şəhid valdeyinləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz Toğrul kimi, Rəşad kimi, Emin kimi şəhidlərimizə borclu olduğunu bildirib. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırıb. Cənab Prezident tərəfindən "Yaşat" Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan Millət vəkili eyni zamanda ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın da, hərzaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirib.

    Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildiriblər.

    Sonda İlham Məmmədov şəhid valdeyinlərinin problemləri ilə də yaxından maraqlanıb, onların həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həlli yolunu tapacağını qeyd edib.
    Deputat şəhid ailələri və qazilərlə növbəti dəfə görüşüb - FOTOLAR








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR