AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı

  • + A
  • - A
  • 14-01-2021, 12:11



    Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    AzadMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

    Faktla bağlı araşdırma başlayıb.

    Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR