AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RİİB-in Qarabağ regional bölməsi Şuşada fəaliyyət göstərəcək

  • + A
  • - A
  • 15-01-2021, 16:25



    RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək.

    “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

    İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR