AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdamda olublar - Fotolar

  • + A
  • - A
  • 17-01-2021, 13:20



    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

    AzadMedia.az AzərTac-a istinadən xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsini ziyarət ediblər.

    Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

    Heyət Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR