AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar faciəsi Peru mətbuatında - FOTO

  • + A
  • - A
  • 20-01-2021, 15:20


    Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi: müstəqilliyin yüksək qiyməti” sərlöhvəli məqalələr dərc olunub.

    Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

    Bildirilib ki, yazılarda tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan olan 20 Yanvar faciəsi zamanı keçmiş sovet respublikaları arasında ilk dəfə müstəqillik hərəkatı başlatmış Azərbaycanda bu hərəkatı yatırtmaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqının iradəsini sındırmaq üçün M.Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun paytaxt Bakıya yeridildiyi bildirilir. Qəddar sovet maşınının bu müdaxiləsi zamanı qadın və uşaqlar da daxil olmaqla 133 dinc etirazçının amansızca qətlə yetirildiyi, 700-dən çox insanımızın yaralandığı qeyd olunur.

    Sonda 20 Yanvar faciəsi qurbanlarının builki anım mərasiminin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonrakı ilk mərasim olduğu, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş və adını ölkə tarixinə öz qanı ilə həkk etmiş soydaşlarımızın övladlarının 31 il sonra sələflərinin qəhrəmanlığını təkrar edərək vətəninin ərazi bütövlüyünün bərpası uğrunda həyatını qurban verdiyi, bu səbəbdən də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı deyilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR