AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Federassiyasının son model qırıcıları Azərbaycan yaxınlığında

  • + A
  • - A
  • 22-01-2021, 09:07

    Rusiya Federassiyasının son model qırıcıları Azərbaycan yaxınlığında

    Kütləvi istehsalı dayandırılan ilk Su-57 ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı.

    AzadMedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ F-35-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

    Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya Su-57-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

    Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd Su-57 döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

    Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

    Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd Su-57-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR