AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın təşəbbüsü ilə yaranan Masallı Təhsil Fondu 1 yaşını qeyd edir

  • + A
  • - A
  • 23-01-2021, 16:20

    Deputatın təşəbbüsü ilə yaranan Masallı Təhsil Fondu 1 yaşını qeyd edir

    Hörmətli həmfikirlər, əziz qrup üzvüləri, dəyərli təhsil işçiləri!

    Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Şahbaz oğlu Məmmədovun təşəbbüsü ilə yaradılmış "Masallı Təhsil Fondu" nun artıq 1 yaşı tamam olur. Fəaliyyətə başladığı gündən qızların təhsili "Masallı Təhsil Fondu" nun əsas strateji istiqamətlərindən biri olmuşdur.

    "Masallı Təhsil Fondu" Masallı Şəhər 70saylı seçki dairəsinə daxil olan Rayonun 25 tam orta və 9 ümumi orta məktəblərini əhatə etmişdir."Masallı Təhsil Fondu" nun əsas məqsədi qızların təhsilə cəlb edilməsi həmçinin ən aktual məsələlərdən biri erkən nikahın qarşısını almaqdır. "Masallı Təhsil Fondu" yarandığı ilk gündən fondun nizamnaməsinə uyğun olaraq muxtəlif təşkilatlarda, qeyri hökumət təşkilatlarında, təhsilə onun inkişafına can yandıran həqiqi təhsil fədailərindən ibarət könüllülər cəlb edildi.

    2019-2020ci tədris ilində Koronavirusun baş aldığı müddətdə Təhsil Fondunun əməkdaşlarının fədakarlıqları sayəsində Rayonun ümumtəhsil məktəblərində onlayn usulu ilə qizlarla əlaqə saxlanılırdı. Onların təhsilinə kömək məqsədi ilə fond tərəfindən 11 ci siniflərdə oxuyan 267 nəfər qızlara test kitabları abituriyent jurnalı və test sualları hədiyyə edildi.

    Masallı Təhsil Fondunun əməkdaşları Əkbər Mahmudov, Fidan Abbaslı, Araz Şahverdiyev,Əntiqə Tağıyeva, Rəmzi Şahverdiyev, Aynur Abbaslı xususilə fərqlənmişlər. keçən tədris ilində Masallı Təhsil Fondunun Nizamnaməsinə uyğun olaraq Dövlət Pedaqoji Universitetlərin Müəllim ixtisaslarına daxil olan 25 tələbənin birinci yarımil üçün ödənişləri ödənilmiş və 21 tələbələrə şəxsi hesab kartlarına təqaüdlərin verilməsi təmin edilmişdir.

    Artıq yanvar ayının sonuna kimi birinci yarımil üçün Ali məktəblərdə imtahanların nəticələri məlum olacaq. İmtahanların nəticələri ilə bağlı hər bir tələbənin uğurları Təhsil Fonduna təqdim olunmalıdır. Uğurlu nəticə əldə etmiş bütün tələbələrə fevral ayından başlayaraq ödənişlər və təqaüdlər Fond tərəfindən ödəniləcəkdir.

    "Masallı Təhsil Fondu" hər bir tələbənin yaxşı oxuması üçün onlara maddi və mənəvi köməklik göstərməyə çalışır. Masallı Təhsil Fondu vətən muharibəsində şəhid olan qəhraman şəhidlərin övladlarının oxumalarına xususi diqqət göstərməklə onlara maddi və mənəvi köməklik göstərir.
    Hörmətli Həmfikirlər! Masallı Təhsil Fondu 2020-2021 ci tədris ilində Böyük Vətən Muharibəsinin şanlı qələbəsi münasibəti ilə Rayonun ümumtəhsil məktəblərində daha böyük işlərin görülməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə məktəblərdə şagirdlərin Ali məktəblərə daxil olmalarına kömək məqsədi ilə onlara test kitabları abituriyent jurnalları hədiyyə ediləcəkdir.

    "Masallı Təhsil Fondu" 2020-2021 ci tədris ilində xususi karantin rejiminə riayyət etməklə şagirdlərlə onlayn usulu ilə əlaqə saxlanılır. Pandameya şəraitində təhsil işçiləri, müəllimlərin əməyini qeyd etmək lazımdır.

    "Masallı Təhsil Fondu" bütün iştimaiyyəti əmin edir ki, 2020-2021ci tədris ilində Rayonun 70saylı seçki dairəsinə daxil olan Rayonun ümumtəhsil məktəblərində qızların Ali məktəblərdə oxumalarına maddi və mənəvi köməklik göstəriləcəkdir. Əziz valideyinlər! Qizlarınızın təhsili ilə bağlı hər hansı problemlər barədə Masallı Təhsil Fonduna müraciət edə bilərsiniz.

    Masallı Təhsil Fondunun Direktoru H. Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR