AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

  • + A
  • - A
  • 26-01-2021, 12:47

    Təhsil Nazirliyi fevralın 1-dən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının tibbi maskadan istifadəsinin məcburi olub-olmayacağına aydınlıq gətirib.

    Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə tibbi maskadan istifadə təhsilverənlər üçün məcburidir.

    "Amma şagirdlər üçün tibbi maskadan istifadə könüllüdür", - məlumatda bildirilib.

    Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR