
Azadmedia.az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli fərdi evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.