AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi qulluqçularımızdan “Qış təlimi-2021”də yüksək peşəkarlıq – FOTO/VİDEO

  • + A
  • - A
  • 4-02-2021, 22:20

    Hərbi qulluqçularımızdan “Qış təlimi-2021”də yüksək peşəkarlıq – FOTO/VİDEO

    Türkiyə Respublikasında keçirilən “Qış təlimi - 2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər.

    Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

    Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR