AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qəbələ”dən şəhidlərlə bağlı anlamlı jest - Foto

  • + A
  • - A
  • 6-02-2021, 16:21


    Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından əvvəl meydan sahibləri anlamlı təşəbbüsü ilə diqqət çəkib.

    AzadMedia.az xəbər verir ki, “Qəbələ”nin futbolçuları meydana üzərində Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun və Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəbələli döyüşçülərin fotosu olan formalarla çıxıblar.

    Bundan başqa, klub rəhbərliyi Vətən Müharibəsində iştirak etmiş komandanın azarkeşləri və klubun əməkdaşı olan qazilərə xatirə hədiyyələri təqdim edib.

    Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy də olub.
    “Qəbələ”dən şəhidlərlə bağlı anlamlı jest - Foto


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR