AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi

  • + A
  • - A
  • 20-02-2021, 20:52


    20 fevral 2021-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun rəhbərliyi ilə Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirilmişdir.

    Müşavirədə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq mühafizə orqanı, idarə, müəssisə və təşkliat rəhbərləri, məktəb direktorları, direktor müavinləri və gənclər iştirak etmişlər.
    Koronavirusla mübarizə, rayon üzrə vaksinasiya prosesinin vəziyyəti və təhsil sahəsi üzrə görülmüş işlərə həsr olunmuş müşavirəni açan Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov müşavirə iştirakçılarını salamladı. Sonra Masallı rayonu üzrə koronavirus infeksiyası ilə mübarizə tədbirləri, mobil qrupların fəaliyyəti və aparılan dezinfeksiya işlərinin müsbət nəticələri barədə məlumat verdi. Rayon rəhbəri rayon üzrə vaksinasiya prosesinin yaş qrupları üzrə aparılması vəziyyəti barədə məlumat verərək maarfləndirmə işlərində hər kəsin səfərbər olunmasının zəruriliyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

    Sonra təhsil sahəsinə toxunan rayon rəhbəri Respublika Fənn Olimpiyadasında uğur qazanmış məktəbləri təbrik etdi, nəticələri zəif olmuş məktəblərə tapşırıq və tövsiyələrini verdi.

    Müşavirədə çıxış edən Milli Məclisin Deputatı Məşhur Məmmədov son zamanlar ölkə üzrə yoluxmaların sayının azalmasına baxmayaraq insanların məhsuliyyətsiz davranmaması üçün birlik nümayiş etdirərək maarifləndirmə işlərini davam etdirməyin zəruri olduğunu vurğulamışdır.

    Sonra Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək mövcud vəziyyətdə ümumtəhsil məktəblərində karantin rejimi qaydalarına riayət olunması və Respublika Fənn Olimpiyadasında rayon məktəblilərinin iştirakı barədə ətraflı məlumat verdi.
    Müşavirənin sonunda Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov tədbir iştirakçılarına koronavirusla mübarizə istiqamətində, vaksinasiya prosesində aktivliyin artırılmasında maarifləndirmə işlərinin genişləndirilməsinin önəmli olduğunu və təhsil sahəsində olan nöqsanların aradan qaldırılması ilə bağlı öz tapşırıq və tövsiyyələrini bildirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR