AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "...and olsun işığa, şama!"

  • + A
  • - A
  • 22-02-2021, 18:10

    Paşa Talıblı: "...and olsun işığa, şama!"

    "...nəfəs var,
    çox şükür çox şükür!"

    (O. Vəli)

    And olsun, and olsun, qardaş,
    gülə-çiçəyə and olsun!
    ... and olsun şair deyiləm,
    bəxtə gerçəyə and olsun!

    ...and olsun vaxtın darına,
    ağaca, onun barına.
    ...ötən durna qatarına,
    qurda, böcəyə and olsun!

    ..and olsun işığa, şama!
    Şair deyiləm...oxşama!
    ...dünənki saleh axşama,
    gələn gecəyə and olsun!

    ...eh kimsə deyir, deyirəm-
    eləcə şeir deyirəm!
    ...and olsun şair deyiləm,
    Haqqa - ucaya and olsun!


    *
    Bir ixlasa, eşqə vardım,
    ...dəryaları daşan gördüm.
    Az yürüdüm, ya gec gəldim,
    halımı pərişan gördüm.

    ...bir oldum bir, saya çatdım!
    ...vaxtı saya-saya çatdım.
    Gəldim inzivaya çatdım,
    ac könlümü şan-şan gördüm.

    ...yol gedilməz yol olmasa,
    qalmaq olmaz qal olmasa.
    Qulluq olmaz qul olmasa...
    Sultanıymış Paşam gördüm.


    Paşa Talıblı ( Dərviş Paşa)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR