AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanda etirazçılar universitet binasına daxil olublar

  • + A
  • - A
  • 24-02-2021, 20:33

    İrəvanda etirazçılar universitet binasına daxil olublar

    İrəvanda müxalifət tərəfdarları ilk mərkəzləşdirilməmiş etiraz aksiyasına başlayıblar.

    “AzadMedia.az” xəbər verir, bir neçə müxalif fəal İrəvan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

    Belə ki, onlar dəhlizlərdə gəzir, ofislərə girir və “Müəllimlər, qoşulun”, “Tələbələr, qoşulun”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndiriblər.

    İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geğam Gevorkyan aktivistlərin qarşısına çıxaraq, hakimiyyətin getməli olduğunu bildirib.

    “20 noyabr 2020-ci ildə dedim ki, mövcud hakimiyyət həqiqətən istefa verməlidir. Sözlərimi təsdiqləyirəm. Ancaq ictimai asayişi pozmayaq”,- deyə rektor qeyd edib.

    Universitet binasına polis qüvvələri cəlb olunub.

    Qeyd edək ki, Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın üzvü Geğam Manukyan xalqı çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarına çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR