AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qərib göyün ölüsüyəm..." - Paşa Talıblı

  • + A
  • - A
  • 28-02-2021, 10:34


    ... ətə, kəmiyə büründüm,
    Yunus kimi göründüm!
    (Y. Əmrə)


    ...girib də yarın bağına,
    dəstələr hörmək necolur?
    ...eşq ilə girmək gərəkmiş,
    eşq ilə girmək necolur?

    ...mən yolda bir idim, gəldim!
    ..."mən" lərdən biridim, gəldim!..
    ...yürüdüm, yürüdüm gəldim;
    arada yürmək necolur?

    Qərib gülü dərmirəm ki...
    ...dərib günə sərmirəm ki.
    ... ha baxıram görmürəm ki —
    vəslini görmək necolur?


    *
    ...Qərib göyün ölüsüyəm,
    qərib quşların dirisi.
    Rəngi həm solğun...və rəngsiz
    həm sarıköynək sarısı.

    ... cam istədim, mey istədim,
    mən naləmə ney istədim.
    ...istədim,çox şey istədim—
    məndə ürəyin irisi!

    ... sərxoşam nə sərxoş kimi,
    bihudə...nə bihuş kimi.
    ...mən yalnızam qurd-quş kimi—
    böylə, mən böylə birisi.

    Paşa Talıblı
    Rusiya...Volqoqrad şəhəri...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR