AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı

  • + A
  • - A
  • 28-02-2021, 13:00



    Müdafiə Nazirliyi Ağdamda həlak olan hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlu ilə bağlı məlumat yayıb.

    Nazirlikdən Azadmedia.az a verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR