AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bütün suallara Cənab prezident izahlı aydınlıq gətirdi.

  • + A
  • - A
  • 2-03-2021, 17:30


    Prezident İlham Əliyev 2021- ci il fevralın 26- da xarici media təmsilçiləri üçün mətbuat konfransı keçirdi.

    O, konfransda regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirdi, həmçinin 35 - dən çox xarici media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında bir çox önəmli mesajlar verdi. Milyonlarla izləyicisi, auditoriyası olan mətbuat qurumlarının nümayəndələrinin suallarına ətraflı cavab verən Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu hər kəs bir daha gördü. Prezident İlham Əliyevin sualları yüksək diplomatik məharətlə, müxtəlif dillərdə ( 4 dildə- türk, rus, ingilis, azərbaycan dillərində) səlis, tam əsaslandırılmış şəkildə cavablandırması xarici media nümayəndələrində, sözün həqiqi mənasında heyrət doğurdu. Elə Böyük Britaniyadan olan müstəqil jurnalistin “ mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız.

    Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezident 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” deməsi deyilənləri bir daha təsdiq edir. Dörd saat ərzində 50- yə yaxın sualı cavablandıran Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha düyaya çatdırılması, regiyonda yarnmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirməsi baxımından çox uğurlu oldu. Cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlarda çatdırıldı.

    Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycan mövqeyini daha da gecləndirdi və bir daha dünyanın diqqətini ölkəmizə cəlb etdi. Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılması baxımında çox önəmli idi. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyətli müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib.


    Kimya müəlliməsi, Xanım Əliyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR