AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli Diplomat Hulusi Kılıç - Cənab Prezident dondurulmuş münaqişə problemini aradan qaldırdı - Reportaj

  • + A
  • - A
  • 9-03-2021, 08:19



    Türkiyəli diplomat Hulusi Kılıç Azərbaycan səfəri çərçivəsində AzadMedia.az - ın redaktoru Ülkər Piriyevaya Türk Dünyasıyla bağlı xüsusi açıqlamalar verdi.

    Cənab Diplomat, SSRİ-nin dağılmasından sonra Türk dünyası ölkələri bir-bir müstəqillik qazanmağa və yaxınlaşmağa başladılar. Uzun illər boyu müəyyən bir yolda davam etdilər. Bu ölkələr Qarabağ müharibəsi zamanı yenidən bir araya gəldi. Türk dünyası üzərindən SSRİ-dən bu yana keçən dövrü dəyərləndirmənizi və Türk dünyası ilə bağlı proqnozlarınızı istərdik.

    1991-ci ildə qardaş Türk dövlətləri müstəqil olduqlarında ilk tanıyan ölkə Türkiyə oldu. İlk tanımaq olduqca vacibdir. Çünki ilk dəfə tanındıqdan sonra dünya sizə dəyər verir və ard-arda hər kəs sizi tanıyır. Beləki, bu çox önəmli nüansdır. Bundan əlavə, Türkiyə qardaş dövlətlərin tanınması üçün də böyük səy göstərdi. Əlbəttə, Türkiyə həmin ərəfədə də üzrinə düşəni etdi. Məsələn, Azərbaycan bizim əkiz qardaşımızdır, digərləri də qardaşlarımız. Azərbaycan torpaqları işğal ediləndə 1993-cü ildə Ermənistanla sərhədləri bağladıq. Ki, bir ölkə başqa bir ölkə üçün üçüncü bir ölkə ilə sərhədlərini bağlasın. Və təbii ki, bu qardaşlıq nümunəsinin dünyada başqa bir örnəyi yoxdur. Yəni 28 ildir ki, o sərhəd bağlıdır və o sərhəd sadəcə və sadəcə o vaxt açıla bilər ki, Azərbaycanın təhlükəsizliyi tamamilə ortadan qalxsın. Digər tərəfdən cənab Prezident bu işə razılığını verməlidir. 1997-1998-ci illərə gəldiyimiz zaman, Bakı-Tiflis-Ceyhan layihələri gündəmdədir.

    Bəzi ölkələr istəyirdilər ki, layihə Türkiyə ərazisindən keçməsin. Lakin Ulu Öndər Heydər Əliyev bu layihənin Türkiyədən keçməsi üçün bir çox təzyiqlərə sinə gəldi. Və layihəni həyata keçirtdi. 2700km-lik Xəzərin Aralıq dənizi ilə görüşdüyü bir layihə idi bu. Və olduqca da önəmli bir layihə idi. O vaxtlar, Azərbaycan müharibə şəraitində olan bir ölkə idi. Yəni 25 Sentyabr 2020-ci il tarixinə qədər bu belə idi.
    Daha sonra, Bakı-Tiflis-Ərzurum gaz xətti, daha sonra Bakı-Tiflis-Qars dəmir yolu Əsrin layihəsi, məhz Pekini Londona birləştirən layihə. Əlbəttə bundan sonra da TANAP. Bunlar cənab İlham Əliyevin zamanında reallaşdı. Bundan başqa 2007-ci ildə Azərbaycan PETKİM-i aldı, bu möhtəşəm bir layihədir. O dönəmdə mən orada idarə heyətinin 3,5 il üzvü oldum. PETKİM –də öz növbəsində iki qızıl layihə dünyaya gətirdi. STAR Rafineri və PETLİM, ikisi də bənzərsiz layihələrdir.

    O zamanlara nəzər salsaq, görərik ki, müharibə vəziyyətində olan gənc bir ölkə Azərbaycana mega investisiyalar qoyur. Bunun sırasında, Türkiyədə milyonlarca insana iş verir, iş sektorları qurur və s.. Yəni o vaxt Türkiyəyə sərmayə gəlmədiyi ərəfədə STAR rafinerin əsası qoyuldu. Bundan əlavə, Azərbaycan 2010-cu ildə BMT-nin Təhlükəsizlik Şurasının keçici üzvü oldu. Eyni zamanda, Azərbaycan SSRİ-dən çıxan ilk ölkədir. Bu olduqca önəmli bir hadisədir. Azərbaycan 2011-ci ildə Qoşulmama hərəkatına qatıldı.




    Baxdığınız zaman, bu gün neftin pulu hara getti deyənlər öncə torpaqları necə aldığımıza baxsınlar. 44 günlük Vətən müharibəsi və onun nəticəsi Şanlı Qarabağ Zəfəri bunun sübutudur.

    Türk dövlətlərindən bəhs edərkən, 91-92-ci illərdən etibarən Zirvə toplantıları edilməyə başlandı. Türk dövlət rəhbərləri bir araya gəlirdi həmin vaxtlar, lakin bu sabit toplanmalar deyildi. 2009-cu ilə qədər bu Zirvələr təsadüf olaraq edilirdi. Lakin 2009-cu ildə Naxçıvan müqaviləsi imzalandı. Mən o dövrdə, Azərbaycanda səfir idim. Türk Şurası quruldu. Türk Şurası Avropa Birliyinin bənzəridir. Əslində, heç kim Türk Şurasına fərqli baxmasın. Bu soy birliyi, dil birliyi, mədəniyyət birliyimizə dayanan birlikdir. Yəni Avropa Birliyi nədirsə odur. Bu bir NATO deyil. Nəticə etibarilə Türk Keneşi quruldu.

    44günlük Vətən Savaşı müddətində Türk Şurası Azərbaycanımızın yanında oldu. Eyni zamanda, Türkiyənin Azərbaycan verdiyi dəstək digər qardaş dövlətləri də cəsarətləndirdi. Qazaxıstan prezidenti, Özbəkistan prezidenti onların da həmrəyliklərini gördük.
    Bu səbəbdən Türk dünyası özünə gəlir, güclənir və bundan sonra daha da güclənəcəkdir. Gördülər ki, Türkiyə heç kimə əhəmiyyət vermir. Həmişə qardaşı ilə sona qədər gedəcək və bu qardaşlıq bütün dünyaya çox yaxşı bir nümunədir. O baxımdan baxdığımızda Türk dünyası tədricən inkişaf edir.


    AzadMedia.az vasitəsilə Türk dünyasına mesajınız nə olardı?


    Türk dünyası indi 30 illik müstəqilliyini qeyd edir, Türk dünyası artıq problemlərini hərtərəfli şəkildə həll etdi.Görünür ki, bu gün yoxsul olan bir Türk dövləti yoxdur.

    Türk dünyasında bir-birimizlə həmrəyliyə daha çox ehtiyacımız var.

    Kökükümüzə, dil birliyimizə və mədəniyyətimizə əsaslanaraq öz yolumuzla getməliyik, başqası nə desə desin, biz NATO deyilik, bizim bir soy birliyimiz, dil birliyimiz, mədəniyyət birliyimiz var. Biz heç kimin əleyhinə deyilik, heç kimin torpağında gözümüz yoxdur və olmamıştır. Ancaq torpağımızda gözü olanları 44 gün ərzində nə hala gətirdiyimizi hər kəs gördü. Bütün dünyaya bəllidir ki, 4 aydır Ermənistanda vəziyyət stabil deyil.

    Beləliklə, haqqlarımızı almasınlar, heç kimin haqqını istəmirik. Torpağımıza göz dikməsinlər, bizim də heç kimin torpağında gözümüz yoxdur. İndi bir həqiqət var. Cənab Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini də icra edərək möhkəm siyasi iradəsi və yüksək diplomatiyası ilə 28 ildir dondurulmuş münaqişəni həllinə qovuşdurdu.

    Hər şeydən əvvəl bu müharibənin qalibləri-
    - Torpaqlarımızı geri qaytardıq.
    - Türkiyə-Azərbaycan qardaşlığı gələcək üçün yaxşı bir yerə gəldi. Bu yol çox mükəmməl bir yoldur. Bununla bərabər, Cənab Rəcəb Tayyib Ərdoğan, Cənab İlham Əliyev kimi dünya liderlərimiz var.
    - Bütün dünya Türkiyə-Azərbaycan ordusunun əməkdaşlığını gördü və gələcəkdə daha da güclü olacağını anladılar. Bu səbəbdən yolumuz açıq, dostlar yolumuza çıxsın, düşmənlər uzaq olsun. Biz dostuq, əməkdaşlıq üçün varıq.


    - Mustafa Kamal Atatürkün dediyi kimi - Ölkəmizdə sülh, dünyada sülh istəyirik. Bu sülhü pozanlar nəticəni 44 gün ərzində gördülər. Bu baxımdan yeni bir regional güc quruldu. Türk dünyasının gücü budur! Bu, Pakistanın iştirakı ilə birlikdə, dünya artıq təkqütblü dünya yoxdur, çoxqütblü dünya var, o çoxqütblü dünyada da, Azərbaycan, Türkiyə, Pakistan və digər Türk Cümhuriyyətlərinin formalaşması ilə bir həqiqət meydana gəldi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR