AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda direktor koronavirusa yoluxdu: Daha iki məktəb bağlandı

  • + A
  • - A
  • 10-03-2021, 12:54


    Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Oxu.Az-ın əldə etdiyi məlumatına görə, Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə koronavirus xəstəliyinin (COVID-19) yayılması ilə bağlı dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

    Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin direktoru və direktor müavini koronavirusa yoluxub.

    Bu səbəbdən məktəblərdə iki həftəlik karantinə bağlanıb.

    Şəki Şəhər Təhsil Şöbəsi məktəblərdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

    Qeyd edək ki, bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR