Bu gün "Kənddən Şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayis Musayev Azadmedia.az-a bildirib ki, yarmarkalar 13-19 mart tarixlərində olacaq.
Belə ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.
Qurum rəsmisi həmçinin "Kənddən Şəhərə” Novruz yarmarkasında olan bəzi məhsulların qiymətlərindən də söz açıb. Onun sözlərin görə,
Qoz 2.90 ₼-dan
Fındıq 2.90 ₼-dan
Şabalıd 4.00 ₼-dan
Qoz ləpəsi 8.00 ₼-dan
Fındıq ləpəsi 13.00 ₼-dan
Səməni 1.00 ₼-dan
Kartof 0.45 ₼-dan
Soğan 0.70 ₼-dan
Mandarin 2.00 ₼-dan
Portağal 1.70 ₼-dan
Alma 0.40 ₼-dan
Armud 1.40 ₼-dan
Xurma 0.50 ₼-dan
Pomidor 1.20 ₼-dan
Kələm 0.35 ₼-dan
Kök 0.50 ₼-dan
Göbələk 2.00 ₼-dan
Göyərti 0.10 ₼-dan
Kənd çolpası 3.50 ₼-dan
Mal əti 9.50 ₼
Quzu əti 12.50 ₼-dan başlayan qiymətlərlə satılacaq.
Qeyd edək ki, "Kənddən şəhərə" Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.