AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Elşad Səfixanov - "Uşaq üçün intihar bir siqnaldır, mən də varam, məni dinləyin" deməkdir! - Reportaj

  • + A
  • - A
  • 16-03-2021, 08:05

    Psixoloq Elşad Səfixanov - "Uşaq üçün intihar bir siqnaldır, mən də varam, məni dinləyin" deməkdir! - Reportaj

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin Baş Psixoloqu, xüsusi təhsil üzrə ekspert Elşad Səfixanov AzadMedia.az -ın redaktoru Ülkər Piriyevaya müasir dövrün ən aktual problemlerindən biri olan - İntihar olayları barədə açıqlama verdi.


    Psilogiya üzrə espert Elşad Səfixanov - "Uşaq üçün intihar bir siqnaldır. Məndə varam deməkdir. Məni dinləyin deməkdir. Mən təkəm deməkdir. Mən bacarmıram deməkdir. Nə olar birisi məni anlasın deməkdir. Nə olar birisi məni qucaqlasın deməkdir".



    Son dövrlər intihar halları niyə artıb?
    İntihar haqqında daha çox danışıldıqca şüuraltı olaraq hər birimizə təsir edir. Üstəgəl mövcud qlobal sosial problemlər psixi zəif insanlara qalıcı təsirini göstərir ki bu təsirlərdən ən dəhşətlisi intihardır.



    İntihar etmək ümumiyyətlə çıxış yoludurmu?
    İntihar ümumiyyətlə heç bir şəxs üçün çıxış yolu olmayıb. Sadəcə qaçış yolu olub. Dar ayaqda ən yaxınlarını məcburən qoyub qaçan şəxs kimi. Həmin "dar" lığı genişləndirə bilmədiyindən qaçışdırdır bu...

    2005-ci il təvəllüdlü uşaq niyə intihar edə bilər?
    2005-ci il deyəndə yaxın təqvim görünsə də nəzərə alaq kim həmin şəxslərin 16 yaşı var. Bu yaşa anlama, qavrama, təhlil və müqayisə üçün kifayət qədər dolğun yaşdır. Ən böyük problemlərin başlanğıcı ünsiyyətsizlikdir. Ünsiyyət zamanı ən kiçik detallar belə qeyri şüuru ortaya çıxır. Bu ünsiyyət vasitəsiz ünsiyyətdir. Təəssüf olsun ki, ünsiyyət indi elektronlaşıb, cansızlaşıb. Bu həmin candır ki, özünü indi hündürmərtəbələrdən atır



    Uşaq üçün intihar nədir?
    Uşaq üçün intihar bir siqnaldır. Məndə varam deməkdir. Məni dinləyin deməkdir. Mən təkəm deməkdir. Mən bacarmıram deməkdir. Nə olar birisi məni anlasın deməkdir. Nə olar birisi məni qucaqlasın deməkdir

    Bu öncə beyindəmi gerçəkləşir yoxsa birdən-birə ortaya çıxan bir haldır?

    Heçnə birdən birə ortaya çıxmır. Yığılan mənfi energiya və çıxılmazlıq xronikləşir, davamlı hisslərində biruzə verir. Sadəcə vaxtında hiss etmək və müdaxilə etmək lazımdır

    Valideynlərin üzərinə düşənlər?
    İnsanın psixoloji cəhətdən gücsüz olmasının intihara meyil üçün şüuraltında zəmin yaradır. İnsan psixoloji cəhətdən nə vaxt zəif olur, cavabın özüm deyim özünə dəyər vermədikdə və onu dəstəkləyən çevrəsi olmadıqda. Bəzən insan ürəyindəki istəyi, etirazı yaxınına belə deməyə çəkinir. Səbəb anlaşılma problemi. İstəsələr də, ətraflarında danışacaq insanlar tapa bilmirlər. Hər zaman deyirəm mövzu nə olur olsun insandan öncə onun əhvalını, necəliyini soruşmaq, əlini sıxmaq, qucaqlamaq lazımdır. Biz fiziki sağlamlığa diqqət edirik, lakin psixoloji, mənəvi, ruhun sağlamlığını diqqətdən kənarda qoyuruq. Danışaraq, bir-birimizi dinləyərək problemləri həll edə bilərik. Əslində problem biz özümüzük. Qarşı tərəf bizə nəsə demirsə bizim reaksiyamızdan çəkindiyindəndir.



    Tövsiyəm var. Əgər bacaracaqsınızsa :
    gündəlik bir saat olmaqla mütəmadi olaraq evdə məsləhət-ünsiyyət saatı təşkil edin. Məsləhət-ünsiyyət saatının dəyişməz şərtləri :
    1. Hər kəsin eyni vaxtda məsləhlət saatında iştirakı,
    2. Hamı tərəfindən gün ərzində görülən işlərin qısa icmalı(böyükdən balacaya),
    3. Ailədə, işdə, məktəbdə və digər yerlərdə yaranmış konfliktli situasiyanın təhlili, müzakirəsi.
    4. Sabah görüləsi işlərin icmalı və planlaşdırılması (böyükdən balacaya)


    Xüsusi qeyd : məsləhət-ünsiyyət saatı çay süfrəsi arxasında, axşam yeməyindən sonra olsa daha yaxşı nəticə verər. Səs tonu aşağı səviyyədə olmaqla mövzular müzakirə olunmalı, heç kəsin sözü yarımçıq kəsilməməlidir. Ən əsas pozulmaz şərt 1 saat ərzində mobil telefonlar, ev telefonu, kompüterlər, televizor və elektronik vəsaitlər söndürülməlidir. Hətta wifi belə. Qonşuda parolu qırıb internetə qoşulan varsa o da ailəsinə vaxt ayırsın... İşıqlar sönəndə necə demişdilər : "ailəm ilə bir saat məcbur ünsiyyətdə oldum. Sən demə çox yaxşı insanlarmış"...





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR