AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlin işgüzar xanımı, QHT sədri Arzu Bağırova - "Tanrıma şükr edirəm ki, məni belə mərhəmətli yaradıb" - Reportaj

  • + A
  • - A
  • 24-03-2021, 20:28

    İş müasir xanımların həyatında mühüm rol oynayır. Təsadüfi deyil ki, qadınların böyük bir qismi işləyir. İş xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir.. Belə ki, bu gün ölkəmizdə kifayət qədər iş həyatında nailiyyət qazanan və bu yolda müvəffəqiyyətlə irəliləyən iş həyatında olduqca uğurlu xanımlarımız var!

    Ötən günlərdə Azadmedia.az-ın redaktoru Ülkər Piriyeva yeni layihəyə - "İşgüzar Azərbaycan xanımı" layihəsinə start verdi..

    Layihənin ilk qonağı "İlin işgüzar xanımı" mükafatına layiq görülən “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri, işgüzar xanım, sayğıdəyər ana, hörmətli xanım Arzu Bagırova oldu.



    Arzu xanım xoş gəldiniz!
    Xoş gördük!

    Xanım Arzu Bağırova, ev xanımı yoxsa iş xanımı?
    - “Hər ikisi, amma birinci yerdə ev xanımı”.

    Avantajları və dezavantajları?
    - Avantajları – “Dayanmadan çalışıb uğur qazanaraq özünü cəmiyyətdə və çevrəndə təsdiq etmiş olursan”.

    - Dezavantajları – “İş xanımı olunca, insan övladlarına az zaman ayıra bilir. Ancaq təbii ki, vaxtı heç ayırmamaq deyilən bir şey yoxdur, mütləq vaxt tapmalısan. Ən önəmlisi, bir-birinə ağır yük olacaq dərəcədə yola çıxmayasan. Ev xanımlığı və iş xanımlığı da bir birinə paralel şəkildə idarə olunmalıdır. Bir də ən vacibi, ikisindən birinə ağır yük kimi baxmamalısan. Yəni, hər ikisinə də eyni məsuliyyətlə yanaşmalısan, çünki hər ikisi sənin məsuliyyətindir”.



    Yəqinki, belə bir durumda, yüksək dərəcədə səbrlə barəbər, qadına arxa olan güclü həyat yoldaşı mütləqdir. Yəni, hər güclü kişinin arxasında güclü qadın dayanır anlayışını eyni dərəcədə, xanımlara da aid etmək olarmı – Belə ki, hər güclü xanımın arxasında güclü kişi dayanır demək doğrudurmu?
    - “Səbr hər zaman önəmlidir hər bir uğurlu işdə vacib amillərdən biridir. Güclü və uğurlu bir xanımın arxasında ata da, qardaş da, həyat yoldaşı da ola bilər. Biz hər zaman söyləyirik ki, qadınlara və qızlara dəstək olmaq lazımdır”.



    - “Əgər evdən iş ilə əlaqədar olaraq uzun müddət ayrı qalmaq məcburiyyətində oluramsa, belə bir halda,evimi və övladlarımı anama etibar edirəm.Yəni yola rahat çıxır və könül rahatlığı ilə işlərimin arxasınca gedirəm. Ümumiyyətlə belə desək yaxınlarının dəstəyi işin nəticəsinin daha keyfiyyətli olmasına təsir edir, yəni hədəflədiyin yolda öz işinə tamamilə adaptasiya ola bilirsən.



    Özünüzü 5 sözlə ifadə edərdiniz
    - “Beş sözlə...
    İlk növbədə, mənimçün olmazın olmazı düzgünlükdür. Övladlarımın tərbiyəsilə məşğul olarkən də hər zaman onlara deyirəm - “Min şirin yalandansa, bir acı həqiqət üstündür!”.

    İkincisi şükür Tanrıma məni belə mərhəmətli yaradıb. Bunu bəlkə, sonradan qazana da bilirsən, kimisə örnək götürə də bilirsən. Lakin ən önəmlisi insan o ürəklə doğulur.



    Üçüncüsü, özümü xarakterizə etsəm daim öyrənirəm.Mən bunu daha yaxşı bilirəm deyə bir iddiam yoxdur. Daha çox öyrənməli, daha çox araşdırmalıyam, işimi ən yaxşı şəkildə etməliyəm.

    Dördüncüsü, çox cəsarətli olmasam da,risk etməyi sevirəm.
    Doğru, onsuz da risk etmək işin yarısını bacarmaq deməkdir – Bəli, məndə belə düşünürəm.

    Beşinci xüsusiyyətim, “Güzəştə getməyi bacarıram”, bunu ən çox dostlarımdan eşitmişəm”.



    İlin İşgüzar Xanımı seçildiniz, öncəliklə, sizi AzadMedia.az kollektivi adına ürəkdən təbrik edirik.
    Sizi, bu qısa vaxt ərzində siz edən xüsusiyyətlər – bir neçə cümlə ilə ifadə etmənizi istərdik.

    - “Əslində, yaşımızın elə bir vaxtıdır ki, artıq uğurlu işlərimizlə çevrəmizdə tanınan insanlardıq. Ancaq son 3-4 il müddətindəki bu ictimai fəaliyyətim, ..


    .....elə bu an, Arzu xanıma işlə bağlı telefon gəlir, üzrlü sayın deyir.. O an, qısa bir ara veririk, beləcə, biz də şahidi olmuş olduq, iş və işə qarşı məsuliyyət Arzu xanımın öncəliyidir.. Həqiqətən də heyran qaldım..
    Alqışlayıram deyib reportaja qaldığımız yerdən davam edirik...




    - “Bəli, son 3-4 ildəki ictimai fəaliyyətimi nəzərdə tutursunuzsa, burada da hamımızın çox yaxşı tanıdığı, dəyərli millətvəkilimiz, mənim əziz bacım Qənirə xanım Paşayevanın hər zaman məni daha çox cəsarətləndirməyi, yəni “Sən bacararsan, “Sən öhdəsindən gələrsən” - deməyi, təbiiki, bununla bərabər onunla apardığım məsləhətləşmələr və bundan əlavə bildiklərimi də, daha çox təkminləşdirmək məni mən edən xüsusiyyətlər oldu. Eyni zamanda, öz düşüncəmdə də, hər zaman qoyduğum və qoruduğum bir sıralama var. İlk növbədə, “Mən insanlığa faydalı olmalıyam”, məhz, bu fikirlə yola çıxaraq, öz üzərimə bir missiya götürmüşəm.”



    Bir neçə ildir, iş həyatındasınız və bu illər ərzində irəliləyərkən, təxminən necə əngəllərlə qarşılaşmısınız?
    “Əslində, o əngəl dediyiniz tərəfləri daha çox həyat yoldaşım öz üzərinə götürüb. Çünki, işin ağırlığı onun üzərindədir. Ancaq, elə bir halla qarşılaşdığımızda da, o əngəlin qarşısının alınmasında daha çox bir-birimizə dəstək olmağa çalışırıq".
    Təbii ki, əngəl yarada biləcək qısqanclıqlar da ola bilər, lakin mən bunların heç birinə əhəmiyyət vermirəm”.



    Bugünədək qadınlarla bağlı hansı sosial layihələri həyata keçirdiniz və ya qarşıda belə layihələriniz varmı?
    - “Bəli, Pandemiyaya qədər ki, dövrdə bizim qadınlarla bağlı bir çox layihələrimiz olub. Məsələn – “Uğura aparan yolda qadının özgüvəni”adlı seminarımız – Bu layihəni həyata keçirərkən qardaş Türkiyədən yaşam Koçları dəvət etdik və qadınlarımızla genişmiqyaslı tədbirlər keçirdik. Bununla bağlı, paytaxt Bakıda bir neçə layihəmiz oldu. Təbii ki, pandemiya dönəmi araya girməsəydi, belə layihələrimiz mütəmadi olaraq bölgələrimizdə həyata keçiriləcəkdi. Çünki hər zaman vurğulayıram - “Paytaxt əlçatandır, bölgələrimizə üz tutmaq vacibdir”.



    - “Ümumiyyətlə, gənc istedadlı qızlarımıza,yazıçı qadınlarımıza hər zaman dəstək olmuşuq. Ancaq düşünürəm ki, regionlarımızda da qadınlarımızın bir çok istiqamətdə maarifləndirilməsinə ehtiyac var. Hüquqi və iqtisadi maarifləndirmə ilə bərabər, eyni zamanda,böyüyən uşaqlarımızın təhsili, asudə zamanlarının daha səmərəli keçirilməsi, ən vacib məqamlardan biri gənclərimizin zərərli vərdişlərdən uzaq durması yönündə bir çox layihələr həyata keçirmişik.”.Ailə daxili şiddətə və Qadına qarşı zorakılığa dur deyək ! adlı çarxımız qadınlarla bağlı həyata keçidiyimiz sosial layihələrdən biridir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".



    Əminəm ki, sizi özünə örnək götürən gənc kadrlarımız vardır. Belə gənclərimizə və ya öz işini qurmaq istəyən gənc xanıımlarımıza tövsüyyəniz nə olardı?
    - “İlk növbədə, tənbəllik olmamalıdır, məsuliyyətsizlik olmamalıdır.Bir az öncə yuxarıda sadaladığımız hədəflədiyin yolda əngəllər törətmək istiyənlər olacaqdır.Tövsiyyəm odur ki,i heç bir halda, elələrinə fikir verməsinlər. Doğru bildiyin, əmin olduğun yolda yalnız və yalnız başını aşağa salıb böyük məsuliyyətlə və daim yenilikləri öyrənərək yoluna davam etmək lazımdır”.



    Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri olaraq, ən çox səs gətirən layihələriniz?
    - “Hər il hesabatını verdiyimiz, artıq 3-cü nömrəsini təqdim etdiyimiz jurnalımız 3 illik fəaliyyət dönəmimizdə həyata keçirtdiyimiz layihələrimizin toplusudur.Bu layihələrlə biz dövlətimizin apardığı siyasətin yanında olmaq, cəmiyyətimizə önəmli mesajlar vermək və faydalı olmağa çalışmışıq. Və bu layihələrdən biri “Ailə daxili şiddətə və qadına qarşı zorakılığa dur deyək”adlı çarx oldu.



    Biz düşündük belə qərara gəldik ki,bu çarxda cəmiyyətə vacib mesajı kişilər versin.Yəni alışdığımız qrimlənmiş qadınların etirazı, üsyanı ilə deyil - təbii bu kimi işlərin də rolu var,aydın məsələdir, bu yöndə aparılan hər bir iş vacibdir - amma cəmiyyətdə xüsusi nüfuzu və yeri olan, gözəl ailə ənənələrinə sadik qalan,şərəfli həyat yolu keçən bəylər bu çarxla cəmiyyətimizə vacib mesajlar verdilər. Hətta bu çarxımızda 7-8 yaşlı oğlan uşaqlarınıda daxil etdik. Çünki, onlarda gələcəyin ataları,həyat yoldaşlarıdırlar".



    - “Başqa bir layihəmiz Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi ilə bərabər həyata keçirdiyimiz – Vətənpərvərlik mövzusunda olan böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri ilə bağlı çəkdiyimiz çarx oldu.



    Eyni zamanda “Vətən-Bayraq-Millət” adlı kitabın nəşr etdik və təqdimatını həyata keçirdik. Bu kitabda bir çox dəyərli şairlərimiz ilə bərabər çox vacib işlərə uğurla imza atmış Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın şeiri də yer almışdır".



    - "Hesap edirik ki, Türk Dünyasının güclənməsi istiqamətində həyata keçirtdiyimiz layihələr çox vacib işlərimizdəndir.“ Nazillidən Azərbaycana Könül Körpüsü” mədəni əlaqələr çərçivəsində qardaş Türkiyənin Nazilli vilayətindən 32 nəfərdən ibarət nümayəndə heyəti Masallı rayonuna səfər etdilər.Bu layihənin maraqlı tərəfi bir müddət sonra Masallı Folklor qrupu Nazilliyə folklor festivalına dəvət aldı".



    - “Bundan əlavə, İB-nin ofisində yer alan stenddə gördüyünüz 50-yə yaxın kitabın nəşrinə dəstək olmuşuq və təqdimatlarını keçirmişik. Bunlar arasında “Qarabağ həqiqətləri “ ilə bağlı,tariximizi,mədəniyyətimizi, incəsənətimizi əks etdirən kitabları göstərə bilərək".



    - “Eyni zamanda, Milli mətbəximizin gözəlliklərini özündə əks etdirən kitabların nəşrinə də xeyli dərəcədə dəstək olmuşuq. İlk nəşrini Heydər Əliyev Fondunun həyata keçirtdiyi, ikinci nəşrini məmnuniyyətlə öz üzərimizə götürdüyümüz çox hörmətli Tahir Əmiraslanovun “Dolmalar“ kitabı oldu".



    - “Daha sonra, hörmətli Millət Vəkilimiz Qənirə xanım Paşayevanın “Adını Tarixə yazan Qadınlar” kitabının növbəti nəşrini həyata keçirdik.Qənirə xanımın səsləndirdiyi-bu kitabı “Adını tarixə yazmaq istəyən 101-ci qıza həsr edirəm” deməyindən çox təsirlənmişdim. Bu şüarla yola çıxaraq, kitabları bölgələrimizdəki məktəbli qızlarımıza hədiyyə etdik".

    - “Bunu da qeyd etmək istəyirəm ki, bu kitabda hər zaman vacib və örnək işlərə uğurla imza atan bütün dünyada seçilən I Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva da yer alır. Mehriban xanım gördüyü bütün işləri ilə Milli maraqlarımıza və ənənələrimizə sadiq qalaraq hər birimizə örnəkdir".



    İB sədri olaraq, tez-tez şəhid və qazi ailələri ilə görüşdüyünüzü görürük. Ümumiyyətlə, Cənab Ali Baş Komandanımızın öndərliyində həm siyasət meydanında, həm də Müzəffər Ordumuzla savaş meydanında Şanlı Zəfər qazandıq. Qarabağ Zəfər tariximizlə bağlı hər hansı bir layihə nəzərdə tutursunuzmu?



    - “Qeyd edim ki, bütün getdiyimiz beynəlxalq platformalarda Qarabağ və Xocalı Faciəsi həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışmışıq.Lakin işin ən möhtəşəm tərəfi odur ki, bundan sonra iştirak etdiyimiz bütün platformalarda, ancaq “Şanlı Zəfər tarixi”mizdən danışacağıq. Təbii ki, hər ikisi bizim tarixmizdir, heç birini unutmamalıyıq.



    Ancaq bugün reallıq budur ki, Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində və Müzəffər Ordumuzun rəşadəti sayəsində biz zəfər çaldıq, qələbə qazandıq.Haqqımız olan bu zəfəri həmdə şəhidlərimizə və qazilərimizə borcluyuq. Bundan sonra bütün şəhid ailələrini və qazilərimizi ziyarətlərimiz davam edəcəkdir.Bu istiqamətdə orada ki qəhrəmanlarımızdan bəhs edən kitabların nəşrinə və filmlərin çəkilməsinə dəstək olacayıq. Artıq bu yöndə işlər başlayıb".



    Şəhid ailələrinə, şəhid analarına AzadMedia.az vasitəsilə nə demək istərdiniz - ən azı təsəlli olaraq..
    - “Bilirsiniz, çox istərdim onların ürəklərindəki ağrı və acılarını az da olsa xəfiflədə bilək. Düşünürəm ki, o ailələr fəxrlə və qürurla yaşamalıdırlar. Şəhid ailələri bizim ən dəyərlilərimiz və baş tacımızdır.



    Şəhidlərin yüksəldiyi zirvə hər kəsə nəsib olmur. Onlar bu zirvəyə müqəddəs amallar uğrunda vuruşaraq, Vətən, Xalq yolunda düşünmədən canlarını fəda edərək ucalıblar. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar".



    Reportaja vaxt ayırdığınız üçün təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirik.
    - “Mən təşəkkür edirəm, sizə!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR