AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan Mədəniyyəti" layihəsi Aztv-də Telesəhər verlişinin qonağı olub

  • + A
  • - A
  • 25-03-2021, 19:49


    AzadMedia.az xəbər verir ki, "Azərbaycan Mədəniyyəti" layihəsi Aztv-də Telesəhər verlişinin qonağı olub.


    "Azərbaycan Mədəniyyəti"sosial platformasının əməkdaşlarından-platformanın Mətbuat Rəhbəri Fidan Oruc Əliyeva, Təşkilatı işlər üzrə rəhbər Ümidə Kəngərli və platformanın solisti ,xanəndəsi Ruhəngiz Musayeva Azərbaycan Dövlət Televiziyasında yayimlanan Tele Səhər proqraminda qonag olmuşdur.
    İlk olaraq layihənin mətbuat rəhbəri olan Fidan xanım ümumi şəkildə platformada könüllü gənclərin aktiv fəaliyyətindən,şəbəkə üzrə adminlərin gün ərzində məlumatlandıcı post paylaşımları hansı saatlarda və nə şəkildə etdiyindən geniş şəkildə məlumat vermişdir.
    Layihənin idea müəllifi Nicat Müslümovla bərabər 2017-ci ildən bu işləri komamda şəklində gördüyünü də əlavə etmişdir - "Dövlət başçımızın mədəniyyətimizə, incəsənətimizə, muğama qayğısını qeyd etmiş, platformanın məqsəd və məramları çərçivəsində məhz prezidentimizin siyaseti yolunda müsəlləf bir əsgər kimi onun ətrafinda yumruq təki sıx birləşərək Azərbaycanın Mədəniyyətini, onun milli mənəvi dəyərlərini, soy kökünü təbliğ etmək və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdirmaqla bərabər eyni zamanda gənc nəsillərə milli ruhu,vətənpərliyi aşılamaqlarını xüsusilə qeyd etmişdir.

    Təşkilati işlər üzrə rəhbər Ümidə xanım isə pandemiya şeraitində belə boş dayanmadıqlarını, online şəkildə zoom konfranslar, görüşlər, tədbirlər keçirdiklərini, ələxsus da bayram ərəfəsində tək yerli qruplarımız yox, xarici qruplarimizla işləyən gənclərimizin də aktiv çıxışlarını da vurğulamışdır.

    Fidan xanım aparıcının sualına cavab olaraq, platformanın ən çox diqqət çəkən, baxılan paylaşımları sırasında Cənab Prezident İlham Əliyevin 30 ilə yaxın bir müddətdən sonra işğaldan azad olmuş torpaqlarımızda zəfər abu havalı Novruz tonqalı qalaması videosunun yerli qruplarimizla yanaşı, xarici qruplarımızdakı izləyicilər, gənclər arasında necə böyük maraq doğurduğunu qürur hissiylə xusüsilə vurğulamışdır.
    Sonda isə platformanın gənc xanəndəsi Ruhangiz Musayeva özünə məxsus ifa tərziylə vətənpərvərlik ruhunda öz nəğmə töhfəsiylə çıxış etmişdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR