AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident başsağlığı verdi

  • + A
  • - A
  • 9-04-2021, 21:00


    Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə başsağlığı məktubu ünvanlayıb.

    Azadmedia.az xəbər verir ki, mətndə deyilir:

    "Ülyahəzrət,

    Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

    Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

    Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona da başsağlığı verib:

    "Hörmətli cənab Baş nazir,

    Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR