AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-nun beynəlxalq əlaqələri genişlənir

  • + A
  • - A
  • 12-04-2021, 16:58


    Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri hər an genişlənir, pandemiyanın uzun sürməsi ilə əlaqədar artıq əməkdaşlıq barədə müqavilələr və memorandumlar da online sisteminə keçirilmişdir. Bu gün Rusiya Federasiyasının N.E. Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalanmış, hər iki təhsil müəssisələrini maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
    KDBA-nin rektoru, professor Ravilov Rüstəm Xamitoviç ADAU ilə münasibətlərin qurulmasında maraqlı olduğunu bildirmiş və ikili diplom, müəllim, tələbə mübadilələri və s barədə razılığa gəlinmişdir. Online tədbirdə hər iki tərəfin tədris işləri üzrə prorektorları, dekanları, dekan müavinləri, koordinatorlar iştirak etmişlər. Azadmedia.az hər iki tərəfə uğurlar arzulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR