AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaqauziya lideri İrina Vlahdan Azərbaycana dəstək

  • + A
  • - A
  • 15-04-2021, 21:40

    Azadmedia.az xəbər verir ki, Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun başqanı İrina Vlah Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin rəmzi hesab edilən “Xarıbülbül” döş nişanından istifadə edib.
    Qaqauziya lideri İrina Vlahdan Azərbaycana dəstək
    Qaqauziya başqanı bununla Azərbaycanın 44 günlük Vətən müharibəsinə dəstəyini ifadə edib.

    Qeyd edək ki, hazırda Azərbaycanla Qaqauziya Muxtar Ərazi Qurumu arasında münasibətlər ikitərəfli əməkdaşlığın bütün səviyyələrində inkişaf etməkdədir.

    Xatırladaq ki, xarıbülbül Azərbaycanın mədəniyyət paytaxı, Qarabağın incisi Şuşanın rəmzi hesab edilir. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR