AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN və DTX Şuşada çox sayda silah-sursat aşkarladı

  • + A
  • - A
  • 24-04-2021, 21:20

    DİN və DTX Şuşada çox sayda silah-sursat aşkarladı

    Şuşa şəhəri ərazisindən partlamamış silah-sursatlar aşkarlanıb.

    AzadMedia.az
    xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, silah-sursatlar Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı tapılıb.

    Belə ki, 11 ədəd müxtəlif növ raket qurğusu, dörd ədəd qumbaraatan, bir ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, dörd ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, bir ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR