AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Fidan Bağırova – "Əgər heç kəsin etmədiyi bir ilki etmisənsə, deməli fərqlisən" - Reportaj

  • + A
  • - A
  • 26-04-2021, 08:30


    Bu gün, ölkəmizdə - istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə kifayət qədər iş həyatında özünü təsdiqləmiş və bu yolda inamlı addımlarla irəliləyən olduqca uğurlu xanımlarımız var!

    Azadmedia.az-ın Redaktoru Ülkər Piriyeva yeni layihəyə - "İşgüzar Azərbaycan xanımı" layihəsinə start verdi..

    Layihənin növbəti qonağı Quba rayonu “Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin rəhbəri, Psixoloq Fidan xanım Bağırovadır.

    "Əgər heç kəsin etmədiyi bir ilki etmisənsə, deməli fərqlisən"


    - Özünüz barədə qısaca bizə danışa bilərsinizmi? Bağırova Fidan kimdir?
    Bağırova Fidan Yusifəli qızı, 1988 ci ildə Quba rayonunda doğulmuşam. Ilk təhsilimi Ingilis dili ixtisasi üzrə almışam. Sonra həyat məni xüsusi qayğıya ehtiyacı olan uşaqlarla qarşılaşdırdı. 8 ildir ki, Quba “Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin təsisçisi və rəhbəriyəm.

    - İş həyatında uğurlu olmaq üçün qarşınıza qoyduğunuz əsas hədəflər hansılardı?
    Mənim iş həyatım biraz fərqli oldu. Böyük oğlum Əli Autizm sindromludur. Onun fərqli dünyası məni də fərqli elədi.
    Təbii ki, bütün bunların qarşısında başlıca məqsədim məhz, ətrafdakıların fikirlərinə önəm verməmək oldu. Öz arzumun ardından irəlilədim. Bir ana üçün ən böyük arzu övladının sağlamlığı və uğurlarıdır.

    “Heç özünüzə sual verdinizmi – Niyə də mən yox?”


    - İndiyə qədər qazandığınız hədəflər və gələcək hədəfləriniz barədə?
    Əldə etdiyim uğurlar heçdə asanlıqla başa gəlməyib. Ancaq hər problemlə qarşılaşdığımda daha yaxşı olacağını düşünmüşəm və bu mənə böyük uğurlar bəxş edib.



    - Qadın sahibkarlara təklifləriniz nədir?
    Mütləq, öz ideyalarının arxasınca getsinlər. Elə ilk çətinlikdə yıxılmasınlar. Ən başlıcası, bu çətin və keşməkeşli yolda ilk növbədə, özlərinə güvənsinlər. Riskə getməyi bacarsınlar. Heçkəslə rəqabətə girməsinlər.
    Bir də, fikrimcə, hər hansı bir sahədə qadın kişi fərqliliyi yoxdur. Çünki biz zəif deyilik ...

    - Azərbaycanda iş dünyasındakı qadın sahibkarların vəziyyəti ilə bağlı, xüsusilə, bölgələrimizdəki vəziyyətlə əlaqədar olaraq nələr deyə bilərsiniz?
    Azərbaycanda artıq qadınlar öz fikirlərini azad deməyi bacarırlar, özlərinə dəyər verirlər. Təhsilə önəm verirlər.. Bu çox gözəl bir haldır. Bir ailədə təhsilli ananın yetişdirdiyi övladlar da vətənimiz, millətimiz və bu millətin gələcəyi üçün çox vacib və önəmlidir. Bir də bu var ki, əslində, qarşısına hədəf qoyan bir qadın üçün rayon və ya şəhər mühitinin heç bir fərqi yoxdur.

    - Psixologiya sahəsində hansı sosial məsuliyyət layihələriniz var?
    Layihələrim marifləndiricidir. 8 ildir ki, mərkəz xarici və mərkəz daxili təlimlərimiz davam etməkdədir. Mən illər əvvəl bu sahəyə gələrkən, cəmiyyətimizdə psixologiyaya qarşı düzgün olmayan fikirlərlə qarşılaşırdım. İnsanlarımız psixoloqa müraciət etməkdə çətinlik çəkirdilər. Təbii ki, bu da təəssüf doğuran hal idi. Bu yöndə bir çox sosial layihələrimiz baş tutdu. Psixoloqun bir müəllim kimi qəbul olunmasında, eyni zamanda, yalnış və ənənəvi təəsüratların dəyişməsində bu layihələrin böyük rolu oldu.
    Bundan əlavə, valideyinlərin uşaqlarındakı nitq qüsurlarını zamanında ortaya çıxarmasına yardım edə biləcəyimiz kimi, belə bir hal ilə qarşılaşarsa, məhz, mütəxəssisə müraciət etməkləri üçün maarifləndirici təlimlər təşkil etdik. Bu təlimlərdə Autizm, kəkələmə, səs qüsurları və s. mövzulara toxunduq. Hazırda, bu və bunun kimi sosial layihələrimiz üzərində işləməyə davam edirəm. Ümid edirəm ki, bu kimi sosial tədbirlərin cəmiyyətə böyük dəstəyi olacaqdır .



    - İş dünyasında uğurunuzun sirrini izah edə bilərsinizmi?
    Bir insanın hədəfi və mübarizliyi uğur qazanmasının əsas açarıdır!
    Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir gün sağlam cəmiyyətə qaytarılması ən böyük ümidimdir...
    Uğurum da budur. Onlara qarşı sevgim diqqətim mənim yeganə uğurumdur..

    - Öz işlərini qurmaq istəyən qadın sahibkarlara təklifləriniz nədir?
    Məqsədli inamlı və səbrli olsunlar. Uğursuzluqlar bizə təcrübə qazandırır. Məqsədinizdən dönməyin siz bacaracaqsınız.
    Özünüzə sual verin - niyə bunu kimsə bacara bilər mən yox? İnsan istərsə əgər, hər çətinliyin öhdəsindən gələ bilər.

    - Yaxşı bir iş qadını olmaq üçün təhsil sizin üçün nə deməkdir, sizcə, xarici dil önəmlidirmi, bölgələmizdə bu durumu izah edə bilərsinizmi?
    Təhsil hamı üçün önəmlidir. İnsan yaşadığı hər gündə inkişaf etməlidir. Düşünürəm ki, hər insan çalışdığı sahəni mükəmməl bilməlidir. Bura təhsil, əlavə biliklər, geniş dünya görüşü, xarici dili də aid etmək olar. Düşünmürəmki yaşadığım bölgədə hanısısa süni maneələr var. Bir sözlə, əzmkar olan insan bacarır.

    Hədəf və mübarizə məhz, uğurun açarıdır!


    - İş həyatınız, şəxsi həyatınız və ictimai həyatınızla birlikdə bir qadın olaraq cəmiyyətə yaxşı bir nümunəsiniz. Sizcə, yorucu deyilmi?
    Əlbəttə bir ana üçün həftə içi hər gün çalışmaq axşamlar uşaqlarına zaman ayırmaq, eləcə də, məişət qayğılarını çatdırmaq insanı fiziki və mənəvi cəhətdən yorur. İnsan işini sevərsə gördüyü hər işdən atdığı hər addımdan zövq alar. Bəlkə də, mənim uğurlu iş qadını olmağımda əsas səbəb budur. İlk vaxtlarda, televiziya verilişləri və ya sosial şəbəkələrdə hamı səni izləyir tanımağa başlayır. İctimai yerlərdə hamı sənə baxır, sənlə ünsiyyət saxlayır maraqlanır, məlumat alır ..
    Təbii ki, biraz həyəcan olur. Sonralar isə, bunu bir uğur kimi qəbullanırsan.

    - Fərdi marka prosesi, bəlkə də cəmiyyətdə fərqinə varmadan hamının axtardığı "fərq" ilə gündəmə gəlir. Bəs iş həyatında fərqli olmaq üçün nə etməliyik?
    "Əgər heç kəsin etmədiyi bir ilki etmisənsə, deməli fərqlisən."

    - İş sahəsində təqdim etdiyiniz xidmətlər barədə məlumat verə bilərsinizmi?
    Mən xidmətlərmizin uzun siyasını istəmirəm təqdim edim. Bu günədək çalışmışam ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş üzrə fəaliyyətim mükəmməl olsun.



    - Karyera səyahətiniz necə irəliləyib?
    İnsan uğur pillələrinə çıxmaq üçün çox çətin yollardan keçir. Əsas odur ki, irəlilədikcə çətinlikləri unutmayasan... Yaşadıqca çətinliklərlə üzləşirsən. Üzləşdiyin çətinliklərdən nəticə çıxararaq davam etməlisən ruhdan düşməməlisən. İnanki sonunda alınacaq.

    - Peşənizi seçmək və ya bu yola getmək istəyənlər üçün təcrübəniz mövzusunda qadınlarınıza bələdçilik etmək - işinizlə bağlı tövsiyələrinizi paylaşa bilərsinizmi?
    Bu sahə sevgi və qayğı tələb edir. Uşaqlara qarşı doğmalıq, nəvaziş böyük rol oynayır. Əgər sizdə bu sahədə irəli getmək istəyirsinizsə, ilk növbədə özünüzü valideyinlərin yerinə qoyaraq onların sizə qarşı inamını və ümidini anlamalısınız. Sevgiylə keçirilən hər dərs bir uğurdur .

    “Bir insanın hədəfi və mübarizliyi uğur qazanmasının əsas açarıdır”


    - Öz işinizi nə vaxt və necə qurdunuz? Şirkətinizi qurarkən bir qadın olaraq hansı çətinliklərlə qarşılaşdınız? Qadın sahibkarların problemləri nədir və tövsiyələriniz nədir?
    Şirkəti 8 il öncə qurmuşam. Əlbəttə çox çətin oldu. Müəyyən maneələrlə qarşılaşdım. Lakin nəticədə istədiyimi əldə etdim. Tövsiyyəm məsuliyyətli və inamlı olsunlar. Öz güclərinə inansınlar.

    - Pandemiya işinizə necə təsir etdi? Bölgələrimizdə gözləmələriniz nədir?
    Hamımıza məlum olduğu kimi dünyanı öz cənginə alan virus bəlası bizim işimizdə də ləngimə yaratdı. Ümid edirəm ki, biz birlikdə bu sınaqlardan üzü ağ çıxacayıq.

    - Gənc övladlarımıza tövsiyyəriniz..
    Mən nəsihət verməyi xoşlamıram, lakin tövsiyyəm - “yalnız sevdikləri sahənin arxasınca getsinlər..

    - Reportaj üçün təşəkkür edirik, Fidan xanım!

    Qadınlarımızla bağlı günümüzün ən aktual problemlərinə toxunduğunuza, olduqca maraqlı suallarınıza, eyni zamanda, “İşgüzar Azərbaycan Xanımı” layihənizdə yer ayırdığınıza görə, AzadMedia.az kollektivinə və şəxsən sizə təşəkkür edirəm..!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR