AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masumiyyet” serialının qəhrəmanı Hülya Avşarın aktyor Ertuğrul Postoğluyu xəstəxanalıq edib

  • + A
  • - A
  • 28-04-2021, 20:20


    Fox TV-də yayımlanan məşhur “Masumiyyet” serialının qəhrəmanı Hülya Avşarın (Hale Ilqaz) ssenariyə uyğun olaraq vurduğu sillə aktyor Ertuğrul Postoğluyu (İsmail Ilqaz) xəstəxanalıq edib.

    Azadmedia.az xəbər verir ki, Avşarın sərt əl hərəkəti həmkarının çənəsinin çıxması ilə nəticələnib. 54 yaşlı aktyor təcili olaraq xəstəxanaya aparılıb. Postoğluya Hülya Avşarın əmisi oğlu Dr. Erol Avşar müdaxilə edib.

    Xəstəxanada müalicə alan aktyor bir müddət sonra yenidən çəkiliş meydançasına qayıda biləcək. Hadisədən sonra “Masumiyyet”in də çəkilişləri müvəqqəti olaraq dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR