AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan kubokunda artıq finalçılar müəyyənləşir

  • + A
  • - A
  • 29-04-2021, 14:02


    AzadMedia.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

    "Qafqazinfo" xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edəcək. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitib. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıdır. Ayxan Abbasovun rəhbərlik etdiyi “Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edir.

    Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə”ni qəbul edəcək. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb.

    Azərbaycan kuboku

    Yarımfinalın cavab oyunları

    29 aprel

    Qarabağ – Sumqayıt

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.

    Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.

    İlk oyun – 0:0.

    Zirə – Keşlə

    Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.

    Zirə İdman Kompleksinin stadionu, 20:00.

    İlk oyun – 2:1.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR