AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gimnastımız Selcan Maqsudova Avropa çempionatının yarımfinalına çıxıb

  • + A
  • - A
  • 30-04-2021, 21:56

    AzadMedia.az xəbər verir ki, Gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında batut gimnastikasının fərdi proqramında yarımfinalına çıxıb.

    Belə ki, yarışın ikinci günündə proqramı təqdim edən Selcan Maqsudova, böyük idmançılar arasındakı təsnifat mərhələsində dördüncü yeri tutaraq hakimlərdən 101.135 bal aldı.

    Bu gün həmçinin gənclər yaş qrupunda idmançılarımızın tamblinq üzrə çıxışı olub: Bilal Qurbanov - 61,400 xal (12-ci yer), Adil Hacızadə - 61.400 xal (13-cü yer), Hüseyn Əsədullayev - 60.400 xal (14-cü yer) və Tofiq Əliyev - 49.200 xal (17-ci yer).

    Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 aprel - 2 may 2021-ci il tarixinədək davam edir. Burada dünyanın 23 ölkəsindən idmançılar iştirak edirlər.

    Azərbaycanı çempionatda Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR