AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sarkisyan Qarabağla bağlı inanılmaz ŞƏRTLƏR İRƏLİ SÜRDÜ - Ümid müharibəyə QALDI

  • + A
  • - A
  • 17-07-2017, 13:41

    Sarkisyan Qarabağla bağlı inanılmaz ŞƏRTLƏR İRƏLİ SÜRDÜ - Ümid müharibəyə QALDI















    Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib.
    Publika.az xəbər verir ki, Sarkisyan heç bir variantda geri çəkilməyəcəklərini bildirib: “Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”.
    O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, “öz müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.
    “İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma DQR rejimi - red.) iştirak etməsi məcburidir”, - deyə Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.
    Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR