AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oxu saatının növbəti qonağı Zülfiyyə Xanbabayeva olacaq

  • + A
  • - A
  • 14-05-2021, 14:00


    Azadmedia.az xəbər verir ki, 23 aprel Ümumdünya Kitab Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir.

    Belə ki, 14 may saat 12:00-da baş tutacaq onlayn görüşün növbəti qiraətçisi xalq artisti Zülfiyyə Xanbabayeva olacaq. O, izləyicilər üçün dünyaca məşhur nağıllar oxuyacaq. Görüşə qoşulmaq üçün bu keçidə daxil olmaq, yaxud “Nar”ın rəsmi Feysbuk və Yutub kanallarında yayımı canlı şəkildə izləmək mümkündür.

    Qeyd edək ki, “Oxu saatı”nın buna qədər qonaqları xalq yazıçısı Çingiz Abdullayev, televiziya aparıcıları Nərgiz Cəlilova və Ceyhun Əli olublar. Onlar məktəblilərə mütaliənin, kitabın əhəmiyyətindən danışıb, müxtəlif nağıllar, hekayələr oxuyublar. Ümumilikdə 6100-dən çox məktəbli “Oxu saatı” layihəsinin dinləyicisi olub.

    Təhsil Nazirliyinin də dəstəyilə reallaşan layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR