Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist Svetlana Nəcəfova 83 yaşında dünyasını dəyişib.
Jurnalistin vəfatı ilə bağlı Mətbuat Şurası nekroloq yayıb. Nekroloqda Azərbaycan jurnalistikasının və ümumiyyətlə ədəbi-bədii mühitinin tanınmış simalarından olan S. Nəcəfovanın vəfatı ilə əlaqədar mərhumun doğmalarına başsağlığı verilib.
Qeyd edək ki, Svetlana Hacı qızı Nəcəfova müxtəlif illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru, baş redaktorun müavini, “Respublika” qəzeti redaksiyasında şöbə müdiri vəzifələrində çalışıb. O, “Əməkdə fərqlənməyə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.