AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağa investisiya axını: Ona necə yön verməli? - dəyərləndirmə...

  • + A
  • - A
  • 17-05-2021, 08:39


    Mövcud şərait ölkəmizin xarici sərmayədarların maraq çərçivəsində olmasına gətirib çıxarır

    Ölkə iqtisadiyyatının inkişafına təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin olmasıdır.

    Bu gün Azərbaycanda mövcud şərait sərmayədarlar üçün belə imkan yaradır. Hazırda investorlar üçün digər maraqlı məqam Qarabağın işğaldan azad edilməsidir. Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddətli dövrü əhatə etməklə yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edə bilər.

    Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ümumi daxili məhsulunun (ÜDM) artımını sürətləndirəcək.

    Qeyd edək ki, bu gün Azərbaycan hökuməti tərəfindən Qarabağın bərpası üçün 2,2 milyard manat nəzərdə tutulub. Ölkə başçısı bildirib ki, müharibənin başa çatmasını nəzərə alsaq indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Bu bir faktdır ki, Qarabağın azad edilməsi Azərbaycanı böyük investorlar üçün daha maraqlı, cəlbedici investorlar ölkəsinə çevrib.

    Belə ki, Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ ətrafında yeni və uzunmüddətli bir qarşıdurmasının olmayacağını düşünür.

    “Fitch", Azərbaycanda sosial, siyasi, iqtisadi və maliyyə sabitliyinin davam edəcəyini gözləyir. “Fitch”, “Brent” neftinin 2021-ci ildə orta hesabla qiymətinin 58 dollar/barel, 2022-ci ildə isə 53 dollar/barel olacağını proqnozlaşdırır.

    "Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.

    "Tədiyyə balansının profisiti pandemiya dövründə qorunub saxlanılıb və son altı ayda “Fitch”in neft qiymətləri proqnozlarının yuxarı istiqamətli düzəlişləri ilə dəstəklənir və bu, nizamsız bir makroiqtisadi tənzimləmə riskini daha da azaldır. Digər bir COVID-19 dalğası və ya Dağlıq Qarabağdakı hərbi münaqişənin yenidən başlaması riski də noyabr ayında keçirdiyimiz əvvəlki icmaldan sonra azalıb", - Agentlik bildirib.
    “Fitch” Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 2.1% və 2022-ci ildə 2.9% artacağını proqnozlaşdırır.

    Millət vəkili Azər Badamov Cebhe.info-ya açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda siyasi sabitlik və ərazi bütövlüyü təmin edilib:

    “Bir çox ölkələr müharibə apardıqdan sonra iqtisadiyyatını inkişaf etdirdimək üçün müəyyən zamana ehtiyac duyulur. Ancaq Azərbaycanda hər şey ölçülüb biçildiyindən bütün işlər öz axarı ilə davam etməkdədir. Biz müharibəni apardıq, qalib gəldik, baxmayaraq ki, müharibə böyük xərc aparır, bu xərci Azərbaycan dövləti qabaqcadan hesabladığından dərin iqtisadi tənəzzülə gətirib çıxarmayıb. Həmçinin bir ildən çoxdur pandemiya şəraiti davam edir və bunun da iqtisadiyyata kifayət qədər təsirləri olub. 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faiz azalıb. 2021-ci il ölkə iqtisadiyyatı üçün uğurlu başlayıb. Həm biz işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma, bərpa işlərini sürətlə davam etdiririk, həm də 2020-ci ildə azalmağa doğru getmiş iqtisadi meyilləri də bərpa etməyi bacarmışıq.

    Düşünürəm ki, cari il Azərbaycan iqtisadiyyatı üçün artımlarla müşahidə olunacaq. Ölkə iqtisadiyyatında olan sabitlik xarici sərmayəçilər üçün də cəlbedicidir. Bu gün Azərbaycanda sərmayə qoyuluşu üçün böyük potensial var və həmin potensialın müəyyən bir hissəsi işğaldan azad etdiyimiz torpaqlardır. Hazırda həmin ərazilərdə böyük iqtisadi, sosial layihələr həyata keçirilir".

    Deputat bildiirb ki, xarici sərmayədarlar öz sərmayələrinin bu ərazilərdəki iqtisadi layihələrə yatırılmasında maraqlıdırlar:

    "Çünki işğaldan azad olunmuş ərazilərdə layihələrdə sərmayələr üçün güzəştlər tətbiq olunacaq. Bütün bunlar xarici sərmayədarlar üçün cəlbedicidir. Həm ölkəmizdəki iqtisadi sabitlik, manatın məzənnəsinin qorunub saxlanması, ölkə iqtisadiyyatının beynəxalq reytinq agentlikləri tərəfindən müsbət dəyərləndirilməsi investisiya cəlbediliciliyini artırır. Nəticədə ölkəmizin xarici sərmayədarların maraq çərçivəsində olmasına gətirib çıxarır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR