AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

  • + A
  • - A
  • 18-05-2021, 11:32



    Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

    Bu barədə Azadmedia.az-a “Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

    O qeyd edib ki, qatar istifadəyə tam hazırdır:

    “Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”.

    N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

    “Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR